Accessibility links

BMT Haitidə vəba epidemiyasına görə kompensasiyanın artırılmasına çalışır


BMT Haitidə ölümcül vəba epidemiyası qurbaları üçün kompensasiyanın 200 milyon dollara çatdırılmasına çalışır.

2010-cu ildən vəba epidemiyası baş qaldırandan bəri 9500 haitili dünyasını dəyişib, 800 minə yaxın insan isə xəstəliyə tutulub.

Xəstəlik BMT-nin Nepaldan olan sülhməramlılarının çaya tullantılar atması səbəbi ilə yayılıb. Vəba epidemiyası bu yoxsul ölkədə 2010-cu ildə adanın infrastrukturunu dağıdan güclü zəlzələnin baş verməsindən sonra sürətlə yayılmağa başlayıb.

BMT-nin baş katibi Pan Gi Mun Haitidə vəbanın yayılmasına görə dünyanın mənəvi məsuliyyət daşıdığını desə də, hüquqi məsuliyyəti qəbul etməmişdi.

Haitililər vəba epidemiyasına görə BMT-nin məsuliyyət daşıdığını deyərək, məhkəməyə müraciət etməyə çalışsa da, təşkilat diplomatik toxunulmazlığını iddia etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG