Accessibility links

Dünya Ərzaq Proqramı: Haitidə 3,6 milyon insan ərzaq çatışmazlığı problemi ilə üzləşib


Təşkilat bildirir ki, Haitidə üçüncü ildir davam edən quraqlıq nəticəsində ərzaq çatışmazlığından əziyyət çəkən əhalinin sayı artıb və insanlar daha da yoxsullaşıb

BMT-nin Dünya Ərzaq Proqramı bildirir ki, Haitidə üçüncü ildir davam edən quraqlıq nəticəsində ərzaq çatışmazlığından əziyyət çəkən əhalinin sayı artıb və insanlar daha da yoxsullaşıb.

Təşkilat 3,6 milyon haitilinin ərzaq çatışmazlığı ilə üzləşdiyi barədə məlumat verir.

Dünya Ərzaq Proqramının iqlim məslələri üzrə təhlilçisi Rogerio Bonifasio bunun əsas səbəbi olaraq El Nino fenomeninin göstərildiyini bildirib.

Təşkilat 2015-ci ildə toplanan məhsulun orta səviyyədən aşağı olduğunu və yalnız bəzi yerlərdə 70 faiz təşkil etdiyini bildirir. Haiti əhalisinin yarısı kənd təsərrüfatı sahəsində çalışır. Əhalinin üçdə iki hissəsi isə günə 2 dollardan az qazanc əldə edir.

Dünya Ərzaq Proqramı bildirir ki, Haitiyə yardımı artıraraq, bir milyon insana ərzaq kuponları və nağd pul paylayacaq.

Bundan əlavə təşkilat su hövzəsi və torpaq konservasiya layihələrində iş müqadilində 200 min haitiliyə ödəniş ediləcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG