Accessibility links

ABŞ-ın birinci xanımı Mişel Obama Meksikaya səfərindən öncə yölüstü Haitidə olub


ABŞ-ın birinci xanımı Mişel Obama Meksikaya səfərindən öncə yölüstü Haitidə olub

ABŞ-ın birinci xanımı Mişel Obama Meksikaya səfərindən öncə yölüstü Haitidə olub

Haiti hökumətinin rəsmisi Amerikanın səsinə bildirib ki, xanım Obama Haiti prezidenti Rene Prevalla görüşüb, sonra isə uşaq xəstəxanasına baş çəkəcək.nt

ABŞ-ın birinci xanımı Mişel Obama Meksikaya səfərdən öncə yolüstü bir neçə saat Haitidə olub.

Haiti hökumətinin rəsmisi Amerikanın səsinə bildirib ki, bu gün Port-o-Prensə əvvəlcədən elan edilməmiş səfəri zamanı xanım Obama Haiti prezidenti Rene Prevalla görüşüb, sonra isə uşaq xəstəxanasına baş çəkəcək. Xanım Obamanın Haitidə beş saata qədər qalacağı gözlənilir.

Haitidən sonra Mişel Obama Meksikaya səfər edəcək. Ağ Evin açıqladığı bəyanatda xanım Obamanın paytaxt Mexikoya bu gün yetişəcəyi bildirir. Bəyanatda həmçinin deyilir ki, üç gün sürəcək səfər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıyır.

Xanım Obama Meksikanın birinci xanımı Marqarita Zavaa de Kalderonla görüşdə təhsil və iqtisadi inkişaf məsələlərini müzakirə edəcək. Ağ Ev həmçinin bildirir ki, xanım Obama Meksikaya səfəri zamanı məktəb şagirdləri və kollec tələbələrilə görüşlər keçirəcək.

Birinci xanım Mişel Obama ABŞ-a cümə axşamı günü qayıdacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG