Accessibility links

Haitinin paytaxtı Port-o-Prensdə hökumət əleyhdarı nümayişçilərdən ibarət kiçik qruplar iğtişaş polisi ilə toqquşub.

Nümayişçilər prezident Miçel Martellinin hakimiyyətdən getməsini tələb edib.

Polis Milli Sarayın önündə toplaşmış nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdikdən sonra nümayişçilər ərazidən qaçmağa məcbur olub.

Minlərlə nümayişçi Martelli hökumətinin opponentlərinin rəhbərliyi altında paytaxt boyu sülhməramlı yürüş keçirmək üçün toplaşıb.

Cənab Martelli iki ildən də çoxdur yubadılan parlament və yerli seçkilərin keçirilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən artan təyziqlərlə qarşılaşıb.
XS
SM
MD
LG