Accessibility links

Haitidə zəlzələdən bir il keçir


Haitidə zəlzələdən bir il keçir

Haitidə zəlzələdən bir il keçir

Yanvarın 12-i Haitidə 250 000 insanın həyatına son qoyan təbii fəlakətin bir ili tamam olur. Hadisədən bir il keçsə də bərpa işləri yavaş gedir və milyonlarla insan hələ də evsiz-eşiksizdir.

Paytaxt Port o-Prins küçələrinin çoxu hələ də dağıntılardan təmizlənməyib. Milyondan çox insan Port-o-Prinsin ətrafında və müvəqqəti düşərgələrdə yaşayır. Bir il bundan əvvəl prezident sarayı qarşısında salınan De Mars düşərgəsindən Jak Piyer yardım təşkilatlarının verdiyi ərzaq kuponları və qonşularının köməyi ilə yaşadığını deyir. O heç kəsin buraya gəlib onlara yardım etmədiyinə görə çox narazı olduğunu bildirir.

Düşərgənin özü də təhlükəlidir, əsasən də qadınlar üçün. İnsan haqları təşkilatı Amnesty İnternational düşərgədə qadınların zorlamalara məruz qaldıqlarını və bu halların getdikcə artdığını bildirib.

Bütün bunlara artıq 3500 nəfərin həyatına son qoyan vəba epidemiyasını da əlavə etmək olar. Yeganə sevindirici hal odur ki, ölkənin əksər bölgələrində epidemiyanın qarşısı alınıb. Sərhədsiz Həkimlər təşkilatından doktor Karin Nordstrand deyir ki, keçən həftə gün ərzində 40-50 yeni xəstə oldu. Lakin o, hazırda bütün mərkəzdə 120 xəstənin olduğunu deyir.

Lakin hər gün keçirilən etiraz aksiyaları artan narazılıqların əlamətidir. “Rədd olsun Preval” bağıran insanlar, keçən ilin noyabr ayında keçirilən prezident seçkilərinə etiraz edirlər. Müxalifət lideri və Port-o-Prinsin sabiq meri Evans Pol Preval hökumətini və siyasi proqresin olmamasını qınayır. “Burada ən birinci problem düzgün idarəçiliyin olmamasıdır. Hökumət problemlərin həlli istiqamətində deyil, hakimiyyətdə daha uzun müddət qalmaq uğrunda iş aparır” - deyə, o bildirir.

Müxalifət lideri zəlzələdən sonra hökumətin tamamilə alt-üst olduğunu, işçilərin çoxunun həlak olduqlarını, hökumət binalarının dağıldığını, sənədlərin itdiyini deyir.

Belə görünür ki, Haiti uzun müddət siyasi qeyri-müəyyənlik şəraitində olacaq. Seçki Şurası Amerika Dövlətləri Təşkilatının seçkilərin birinci raundunda baş verən saxtakarlıqları araşdırmasından sonra ikinci raund səsvermənin keçiriləcəyini deyir. İctimaiyyət daxilində seçkilərin nəticələrinin tamamilə ləğv edilməsinə dair də ciddi təzyiqlər mövcuddur.

XS
SM
MD
LG