Accessibility links

Haitinin kəndlərində vəba xəstəliyi artıb


Haitinin kəndlərində vəba xəstəliyi artıb

Haitinin kəndlərində vəba xəstəliyi artıb

Bir çoxları çirklənmiş çayın xəstəlik mənbəyi olduğunu hesab edir

Səhiyyə rəsmiləri vəba xəstəliyinin Haiti kəndlərində artması barədə xəbərdarlıq edib. Xəstəlik artıq 200 nəfərin həyatına son qoyub, və azı 2000 nəfər bu xəstəliyə yoluxub. Xəstəliyin yayılması əsasən ölkənin Artibonit kəndi ərazisində mərkəzləşib. Bir çoxları çirklənmiş çayın xəstəliyin mənbəyi olduğunu hesab edir. Rəsmilər xəstəliyin yaxın vaxtda paytaxta çatacağından narahatdırlar. Xəstəlik paytaxtda yanvar ayında baş vermiş zəlzələ nəticəsində evsiz qalmış yüz minlərlə insanı məskunlaşdıran qeyri-gigiyenik düşərgələrə çox asan yayıla bilər.

XS
SM
MD
LG