Accessibility links

Haitinin sabiq diktatoru ölkəyə qayıdıb


Haitinin sabiq diktatoru ölkəyə qayıdıb
Haitinin sabiq diktatoru ölkəyə qayıdıb

Tərəfdarları Fransada mühacirətdən qayıdan Duvalyeni paytaxt Porto-Prinsdə qarşılayıb

İnsan haqları təşkilatları Haitiyə qayıdan ölkənin keçmiş diktatoru Jan Klod Duvalye “Baby doc”un cinayət məsuliyyətinə cəlb olunmasına çağırıb. Tərəfdarları Fransada mühacirətdən qayıdan Duvalyeni paytaxt Porto-Prinsdə qarşılayıb. Duvalye 1957-ci ildən hakimiyyətdə olan atası Frankos “Papa Doc” Duvalyenin yerinə 1971-ci ildə 19 yaşında hakimiyyətə gəlib. Sözçü deyir ki, Duvalye vətənə qayıtmasının səbəblərini bu gün keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Human Rights Watch qrupunun bildirdiyinə görə, Duvalye saxlanılmalı və rəhbəri olduğu rejim dövründə baş vermiş insan haqları pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır.

XS
SM
MD
LG