Accessibility links

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün təhlükəsizlik tədbirlərini gücləndirir


Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı baş verən fəlakətdən bir il sonra zəvvarları elektron qolbaqlar və əlavə kameralarla təmin edir.

İllik ziyarət dünyadan 2 million artıq insanın iştirakı ilə keçirilir. Bu il Məkkə mərasimi iyul ayında Mədinə şəhərində intiharçı hücumundan sonra zorakılıq təhlükəsi barədə narahatlıqlarla müşayiət edilir. Buna görə də izdihamlı ziyarətin təhlükəsizliyinə əlavə səylər, minlərlə mülki xidmətçi, təhlükəsizlik işçisi və tibbi personal cəlb edilib.

Ötən il Səudiyyə Ərəbistanı müqəddəs Həcc ziyarəti zamanı baş vermiş basabas nəticəsində ölənlərin sayının 769 nəfər olduğunu bildirib. Lakin cəsədlərin ölkələrinə daşınması ilə ölənlərin sayının 2 mindən artıq olduğu ortaya çıxmışdı. Onların 400-dən çoxu İran vətəndaşı olub.

Səudiyyə Ərəbistanının əsas rəqibi olan İran Səudiyyə Ərəbistanını pis təşkilatçılıqda ittiham edib və bununla bağlı iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi önündə bir neçə etiraz aksiyası keçirilib.

Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr yanvar ayında dayandırılıb. Buna səbəb Səudiyyədə şiə liderinin edamı olub.

İran may ayında bu il Həcc ziyarətinə zəvvar göndərməyəcəyini bəyan edib. İranın mədəniyyət naziri Əli Cənnəti bunu Səudiyyə Ərəbistanı ilə razılıq əldə edə bilməməklə izah edib.

Şiə İranla sünni Səudiyyə Ərəbistanı arasında Suriya və digər məsələlərdə ciddi fakir ayrılıqları mövcuddur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG