Accessibility links

Həcc ziyarəti və Yaxın Şərqdə artan gərginliklər [Video]


Həcc Ziyarəti başa çatır
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Həcc Ziyarəti başa çatır

Bu il təqribən 1.5 milyondan 2 milyona qədər insan Məkkəyə Həcc ziyarətinə gəlib. Bu rəqəm keçən illə müqayisədə azdır. Buna səbəb Yaxın Şərqdə gərginliklərin artması və Səudiyyə Ərəbistanında 50 adamın ölümü ilə nəticələnmiş səhiyyə böhranıdır.

İslamın ən müqəddəs yeri olan Kəbənin ətrafına fırlandıqdan sonra zəvvarlar Məhəmməd peyğəmbərin 14 əsr bundan əvvəl müsəlmanları birliyə çağırdığı təpəyə ziyarətə gedirlər.

Yaxın Şərdəki münaqişələr fonunda suriyalı zəvvar Məhəmməd Firas birlik üçün dua etdiyini deyir. “Biz evlərimizdən qaçmalı olduq, bizim uşaqlarımız öldü, Mən bu müqəddəs gündə torpaqlarımızdakı əzablara son qoması üçün Allaha yalvarıram.”

Hələ ki, Həcc ziyarəti problemsiz ötüşür. Terror üzrə təhlilçi Stefen Vertiqans Skypla söhbəti zamanı ola bilsin ki, bəzi zəvvarların siyasi məqsədlər güddüklərini deyir. “Amma oraya gedənlərin mütləq əksəriyyəti dini ayinləri icra etməyə gedir. Onlar digər müsəlmanlarla bir araya gəlib, inanclarını bölüşürlər.”

Hətta siyasi gərginliklər olmadan da izdihama nəzarət etmək müşkül məsələdir.
Bu il Səudiyyə Ərəbistanında 50-dən çox insanın həyatına son qoyan nəfəs borusu virusu bir çox zəvvarı ziyarətdən çəkindirdi. Səudiyyə hökuməti də məsciddəki təmir işlərinə görə zəvvarların sayını azaltdı.

Lakin Vertiqans deyir ki, səudiyyəlilər ziyarətə gedən zəvvarların sayının yenidən artmasına çalışacaqlar. “Əgər ziyarətə gedən zəvvarların sayını sağlamlıq və ya təhlükəsizlik baxımından deyil, siyasi məqsədlə azaldırlarsa, onda onlar müsəlman dünyası tərəfindən böyük tənqidlərlə üzləşə bulərlər.”

Həcc ziyarəti müsəlmanların Qurban bayramı ilə sona çatır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG