Accessibility links

Hakan Açar: Azərbaycanın 44 bankından 33-ü MasterCard sisteminə qoşulub


Hakan Açar: Azərbaycanın 44 bankından 33-ü MasterCard sisteminə qoşulub

Hakan Açar: Azərbaycanın 44 bankından 33-ü MasterCard sisteminə qoşulub

Bakıda əksər əhali ödəmə kartlarından əmək haqqı və pensiyaları almaq üçün istifadə edir. Respondentlərin 54%-i bildirib ki, ticarət obyektləri POS sistem terminallara malik deyil.

Bakı sakinlərinin 50%-nin azı bir bank ödəmə kartı (plastik kart) var, kredit kart sahibləri isə paytaxt sakinlərinin yalnız təqribən 2%-ni təşkil edir. Kredit kartların istifadəçilərinin böyük əksəriyyəti 18–34 yaşlar arası ali təhsilli kişilərdir. Bu barədə MasterCard-ın Azərbaycan üzrə ölkə meneceri Hakan Açar Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Belə ki, MasterIndex Araşdırması ilk dəfə olaraq Bakıda bu ilin oktyabr-noyabr aylarında araşdırma aparıb və 1000 nəfər arasında sorğu keçirib

Araşdırma nəticəsində bəlli olub ki, ödəmə kartlardan başlıca olaraq ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün istifadə olunur. Kart sahiblərinin 47%-i öz kartlarından daimi əmək haqlarını və pensiya ödənişlərini ATM-lərdən almaq üçün istifadə edir. Belə ki, “Siz öz bank kartlarınızdan harada tez-tez istifadə edirsiniz?” sualına respondetlərin 86%-i bank kartlarından əsasən nəğd pul vəsaitlərinin çıxarılması üçün istifadə etdiklərini bildirib. “Müfəssəl nəticələr göstərir ki, bank kartlarının 95%-i ayda 3 dəfədən az və əksər hallarda əmək haqları və pensiya ödənişlərinin ATM-lərdən çıxarılması üçün istifadə olunur”, - deyə cənab Açar qeyd edib.

Respondentlərin 54%-i bildirib ki, ticarətçilər (dükan və mağaza sahibləri) alıcılardan plastik kartlar vasitəsilə ödənişi qəbul etmək üçün POS sistem terminalları malik deyillər. Sorğuda iştirak edənlərin 24%-i deyib ki, ticarətçilər hətta POS sistem terminalları olduğu halda belə plastik kartları qəbul etmək istəmir. “Əhalinin əksəriyyəti kartlarından gündəlik həyatda daha çox istifadə etmək istəyir. Məsələn, ictimai nəqliyyatda, bazarda, yarmarkalarda və səhiyyə ocaqlarında. Respondentlərdən 67%-i ictimai nəqliyyatda, 48%-i açıq bazarlar (yarmarkalarda) və 46%-i isə səhiyyə xidmətlərində kartlarından istifadə etmək istəyir”, - deyə o qeyd edib.

Araşdırma nəticəsində həmçinin bəlli olub ki, ödəmə kartlarından ərzaq məhsullarının alınması zamanı 2 faiz, geyim mallarının alınmasında 10 faiz, kitab alışında 1 faiz, əmək haqqı və pensiyaların alınmasında 86 faiz, kommunal ödəmələrdə 1 faiz istifadə edilibsə, dövlət ödənişlərində (gömrük, vergi, yol hərəkəti qaydalarının pozulması və s.), yanacaq doldurma məntəqələrində isə ümumiyyətlə istifadə edilməyib.

Azərbaycanda 2012-ci ildə keçiriləcək Euriovizion mahnı müsabiqəsi zamanı ölkəyə milyonlarla turist gələcək. “Ümid edirik ki, turistlərin ödəmələrində problem olmayacaq. Turistlərin rahatlığı üçün ödəmə kartları ilə ödənişlər sahəsində inkişaf vacibdir”.

Hazırda Azərbaycanın 44 bankından 33-ü MasterCard sisteminə qoşulub.

O eyni zamanda, Azərbaycanı regionun inkişaf etməkdə olan mühüm ölkəsi adlandırıb. “Azərbaycan bazarı dinamik inkişaf edir. Maliyyə bazarı çox aktivdir. Ümid edirik ki, tezliklə ödəmə kartlarından istifadə sahəsində irəliləyişlər olacaq. Biz bununla bağlı, Mərkəzi Bankla layihələr həyata keçirməyi nəzərdə tuturuq”.

MasterCard-ın Araşdırması Bakının yerli əhalisi ilə 1000 respondent arasında onların evlərində üzbəüz şəkildə aparılıb. Respondentlərin 50%-i plastik kart istifadəçiləri olub. Araşdırma üçün hədəf auditoriya 18 – 64 yaş arasında qadınlar və kişilərdir.

MasterCard qlobal ödəmə və texnologiya şirkətidir. O, dünyanın 210-dan artıq ölkə və ərazilərində istehlakçıları, maliyyə institutlarını, ticarətçiləri, hökumətləri və biznes strukturlarını bir-birinə bağlayan dünyanın ən sürətli ödənişlərin işlənilməsi şəbəkəsini idarə edir.

XS
SM
MD
LG