Accessibility links

İslam Dövlətinin hakeri öldürülüb


İslam Dövlətinin ingilisdilli hakeri qrupa qarşı hava zərbələri nəticəsində həlak olub.

ABŞ-ın Mərkəzi Komandanlığının sözçüsü Patrik Rayderin bildirdiyinə görə, Cuneyd Hüseyn avqustun 24-də Suriyanın Raqqa şəhərində öldürülüb.

Britaniya vətəndaşı olan və Əbu Hüseyn Əl-Britani adı ilə də tanınan Hüseyn Pentaqonun axtarış siyahısında yer alırdı.

Rayder onun olduqca təhlükəli bir şəxs, güclü texniki təcrübəyə sahib və amerikalıların öldürülməsi üçün insanları İslam Dövləti sıralarına cəlb etmək qabiliyyətinə malik olduğunu deyib.

Britaniyada boya-başa çatan Hüseyn Zəhər Komandası adlı haker qrupunun üzvü olub.. Onun Suriyaya amerikalı jurnalist Ceyms Folini qətlə yetirən Cihadçı Conla bərabər 2013-cü ildə getdiyi ehtimal edilir.

O vaxtdan bəri Hüseyn Twitter kimi sosial mediada davamlı şəkildə fəaliyyətdə olub.

ABŞ rəsmilərinin bildirdiyinə görə, o, İslam Dövlətinin hədəfinə çevirmək üçün 1300 ordu nümayəndəsi və hökumət işçilərinin kimlikləri barədə məlumat toplayıb.

Hüseyn 2015-ci ildə Məhəmməd Peyğəmbərin rəsm müsabiqəsinə etiraz olaraq həyata keçirilən hücumun da məsuliyyətini daşıyır.

Amerikanın kəşfiyyat rəsmiləri onun öldürülməsini İŞİ-də qarşı ciddi zərbə adlandırır.

XS
SM
MD
LG