Accessibility links

Hakim Dominique Ştrauss-Kahnı zaminə buraxmadı


Hakim Dominique Ştrauss-Kahnı zaminə buraxmadı

Hakim Dominique Ştrauss-Kahnı zaminə buraxmadı

New Yorkda hakim zorlamaya cəhd ittihamı ilə həbsə alınmış Beynəlxalq Valyuta Fonudnun rəhbərini zaminə buraxmaqdan imtina edib.

Yorğun sifətli 62 yaşlı direktor Dominique Ştrauss-Kahn Manhattan məhkəməsinə gətirilib. Prokuror Ştrauss-Kahnın qaçmağa riskli olduğunu və Fransanın bir qayda olaraq öz vətəndaşlarını üçüncü ölkəyə təhvil vermədiyini deməsindən sonra hakim qərar çıxarıb.

Ştrauss-Kahnın vəkilləri onun günahsız olduğunu bildirirlər. Benjamin Brafman deyib ki, bu ittihamların doğru olmadığı tezliklə aydın olacaq və cənab Ştrauss-Kahn öz adını təmizə çıxarmaq istəyir.

Rəsmilər deyirlər ki, Ştrauss-Kahn hazırda New Yorkun Rikers Adasındakı həbsxanada təkadamlıq kamerada saxlanılır.

XS
SM
MD
LG