Accessibility links

Hakim Fəhlə Partiyası bu gün özünün 30 ildə ən böyük qurultayını keçirib

  • Amerikanın səsi

Hakim Fəhlə Partiyası bu gün özünün 30 ildə ən böyük qurultayını keçirib

Hakim Fəhlə Partiyası bu gün özünün 30 ildə ən böyük qurultayını keçirib

Şimali Koreya lideri Kim Conq İlin kiçik oğlu və bacısı dörd-ulduzlu general rütbəsinə yüksəldiliblər. Bu, dünyada yeganə communist sülaləsinin üçüncü nəslinin yaranması kimi qiymətləndirilir. Bu təyinatlar bu gün hakim Fəhlə Partiyasının son 30 ildə keçirdiyi ən böyük qurultayında elan edilib. Rəsmi mətbuat agentliyi Kimin gurultulu alqışlarla yenidən partiyanın baş katibi seçildiyini bildirib. Bundan əvvəl cənab Kim öz oğluna hərbi general rütbəsi təqdim edib. Qurultaydan cənab Kimin hakimiyyəti ən gənc oğlu Kim Conq Un-a təhvil verilmək üçün istifadə ediləcəyi gözlənilir. Analitiklər bunun 27 yaşlı gəncin atasının davamçısı olmaq üçün hazırlandığını düşünür. Dövlət mətbuatı kiçik Kimin siyasi vəzifəyə təyin edilib-edilməməsi barədə məlumat verməyib.

XS
SM
MD
LG