Accessibility links

Hakim vəkillərdən şikayət edib


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov vəkillər Cavad Cavadov, Fariz Namazlı, Elçin Sadıqov barəsində Vəkillər Kollegiyasına şikayət göndərib.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

"Müdafiəçisi olduğumuz təqsirləndirilən şəxslər- Taleh Bağırov, Abbas Hüseynov və digərlərinin məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatətlərini müdafiə etdiyimiz üçün bütün vəkillərin barəsində Vəkillər Kollegiyasına şikayət göndərilib".

Elçin Sadıqov bildirib ki, qanunvericiliyin tələbinə görə müdafiəçi müdafiə etdiyi şəxsin mənafeyinə uyğun hərəkət etməlidir.

"Bizdən qanuni əməlimizə görə şikayət edilib. Bu üsulla bizi müdafiə etdiyimiz şəxslərin maraqlarına uyğun deyil, ittihamın və məhkəmənin maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər. Bu vəkillərin fəaliyyətinə, müstəqilliyinə, dönməzliyinə edilən qəsddir", o qeyd edib.

Vəkil aidiyyəti qurumlardan xahiş edib ki, onların fəaliyyətinə görə edilən təqiblərə son qoyulması barədə göstəriş versinlər.

Sentyabrın 22-də keçirilən məhkəmə iclasında fasilədən sonra hakim Əlövsət Abbasov təqsirləndirilən şəxslərdən Abbas Hüseynovun zaldan çıxarılması və prosesin onun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edib. O, qərarını belə əsaslandırıb ki, Abbas Hüseynov dəfələrlə xəbərdarlığa məhəl qoymayaraq şahidi təhqir edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG