Accessibility links

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib


Həsən Əliyev (keçmiş hakim)
Həsən Əliyev (keçmiş hakim)

O, etik davranış kodeksinin tələblərini pozmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirib

Oktyabrın 28-də Azərbaycan Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə Hüquq Şurasının məlumatına görə, iclasda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Məlumata görə, Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səbəb kobud qanun pozuntuları, korrupsiyaya şərait yaradan hallar, etik davranış kodeksinin tələblərini pozmaq, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlər olub.

Milli Məclisin 22 oktyabr iclasında Bakı, Gəncə və Şirvan apellyasiya məhkəmələrinin hakimləri ilə bağlı prezident təqdimatına baxılıb.Təqdimata əsasən, bu məhkəmələrin hakimləri tutduqları vəzifələrdən azad edilirlər.

İclasda o da vurğulanıb ki, təkcə son üç ildə 30 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG