Accessibility links

Hakimulla Məshudun ölmədiyi ehtimal olunur


Pakistan kəşfiyyatı onun bu ilin əvvəli yaralandığını ancaq ölmədiyini bildirir

Pakistan kəşfiyyat rəsmiləri deyir ki, Pakistan Talibanın rəhbəri Hakimulla Məshudun bu ilin əvvəli ABŞ raket hücumu nəticəsində həlak olması iddiasına baxmayaraq onun sağ qaldığına inanılır. Adının açıqlanmasını istəməyən ali rəsmilərin sözlərinə görə, son məlumatlar Məsudun yanvar ayında Pakistanın qəbilələr yaçayan regionunda yaralandığını ancaq, ölmədiyini göstərir. ABŞ rəsmiləri bildirmişdilər ki, onlar Məsudun ölməsinə 90 faiz əmindirlər. Fevral ayında isə Pakistan Daxili İşlər Nazirliyi Məshudun ölməsinə dair tutarlı məlumatın olduğunu bildirmişdi. Taliban hər zaman Məshudun hava hücumu zamanı həlak olmasını təkzib edib. Hücumdan bir neçə gün sonra qrup militant liderin səsi ilə audio lent açıqlamışdı ki, orada Məshud sağ olduğunu təsdiq edirdi.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG