Accessibility links

Çinin yeni baş naziri ABŞ-ın hakinq ittihamlarını rədd edib. Li Keqianq deyib ki, ölkələr biri-birini əsassız iddialarla ittiham etməkdənsə, kibernetika təhlükəsizliyi sahəsində birgə çalışmalıdır.

Çinin Milli Xalq Qurultayında danışan baş nazir Çinin özünün kompyuter hakinqinə məruz qaldığını və bu kimi əməllərin əleyhinə olduğunu deyib.

ABŞ-ın yeni maliyə naziri Ceykob Leu kibernetika hücumları da daxil edilməklə, iqtisadi məsələlərin müzakirəsi məqsədi ilə bu həftə Çinə səfər etməlidir.

Keçən ay ABŞ-ın internet təhlükəsiziliyi qrupu Mandiant Çin ordusunu Amerikanın 150 şirkət və təşkilatının məlumat bazasını ələ keçirməkdə ittiham etmişdi.

Apple, Facebook, and Twitter daxil edilməklə, Amerikanın bir sıra texnolgiya şirkətləri də hakinqə məruz qalıb. ABŞ mətbuatı onların Çində yerləşən hakerlərin hücumuna məruz qaldığını bildirib.
XS
SM
MD
LG