Accessibility links

Türkiyədə kürd döyüşçüləri tərəfindən 7 əsgər öldürülüb


Türkiyədə kürd döyüşçüləri tərəfindən 7 əsgər öldürülüb
Türkiyədə kürd döyüşçüləri tərəfindən 7 əsgər öldürülüb

Türkiyənin Müdafiə Nazirliyinin bildirdiyinə görə, Hakkari vilayətində kürd döyüşçüləri tərəfindən 7 əsgər öldürülüb. Müdafiə naziri İsmət Yılmaz üsyançılardan intiqam alınacağına vəd verib. O, hücuma görə Kürdüstan Fəhlə partiyası-PKK-nı günahlandırıb.ABŞ-ın Türkiyədəki səfirliyi türk xalqına başsağlığı verərək, PKK ilə mübarizədə Amerikanın Türkiyəni dəstəklədiyini bildirib. Bundan bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Türkiyənin 1984-cü ildən muxtariyyət kampaniyası aparn kürd üsyançılarla bağlı səbrinin tükəndiyini demişdi. Münaqişə 40 min adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG