Accessibility links

Birləşmiş Ştatlarda Halloween mövsümüdür. Bu qeyri-adi bayramın kökü Avropada qədim bütpərəst dövrünə gedib çıxır. İndi isə Amerika sənayesi təkcə şirniyyat və kostyumlardan ildə 6.5 milyard dollar gəlir əldə edir.

Başqalarını qorxutmaqdan həzz almaq insan psixologiyasına tanış bir hissdir.

Ötən 26 il ərzində Halloween fəslində Texas ştatının Hyuston şəhərində qorxu sevənlər “Screamworld” adlı parkda vahimələr dünyasına düşmək üçün yaxşı pul ödəyirlər.



Qaranlıqda qorxulu müqəvvaların insanların üzərinə atılması onlarda dəhşət hissi yaradır.

Vahimə effekti yaradan qurğular növbəti qorxu gözləntisini bir az da gücləndirir.

Qreq Flakus: “Bu vahimə evinə gələn insanlar burada onları kimin qarşılayacağından xəbərsizdir.”


“Screamworld”un sahibi və meneceri Cim Fetterli müştərilərini vahiməyə salmaq üçün attraksionun hər bir hissəsini xüsusi dizayn edib.

Cim Feterli: “Bir saniyə ərzində insana onun çıxılmaz vəziyyətə düşdüyünü göstərə bilsən, onu sözün əsl mənasında panikaya sala bilərsən və insanlar bunu sevir.”

“Screamworld”da mexaniki cihazlar da var. Amma Fetterli insanın özündə qorxu yaratmaq qabiliyyətinin daha güclü olduğunu deyir.

Cim Fetterli: “Bunun üçün istedadlı aktyorlar olmalıdır. Onların yaratdığı effekt daha güclü olur.”

O, zombi, manyak və iblis obrazlarını yaratmaq üçün “Screamworld” parkına onlarla işçi götürüb.

Bu aktyorların əksəriyyəti ya tələbədir, ya da gündüzlər başqa işlərdə çalışır. Buna görə də onların çoxunun hazırlaşmağa vaxtı o qədər çox olmur.

Gündüzlər kompyuter mütəxəssisi işləyən Kriz Vayt qrim komandasına rəhbərlik edir.

Kriz Vayt: “Bizim 50 və ya 75 aktyoru qrimləmək üçün 2 saat vaxtımız olur.”



İnsanın zombiyə çevrilməsi prosesi özü kifayət qədər vahiməlidir.

Həvəskar aktyorlar buraya öz istedadını da əlavə edir.

Üzü qanlı zombi valideyinlərini öldürdüyünü deyir.

Aktyor Tristan Baldvin divara dırmaşan zombi obrazının ona qorxulu filmlərdə çəkilməsinə kömək etdiyini deyir.

Tristan Baldvin: “Hər gecə obrazı yaratmağım mənə əslində aktyorluq karyeramda kömək edir. Mən beş ildir ki zombiyəm.”

Lakin aktyor və sahibkar Cim Fetterli deyir ki, hər il “Screamworld”da cəmi iki ay pul qazanmaq olur.

O, altı həftəlik bu işdən illik qazanc götürməyin çox çətin olduğunu deyir.

Lakin onun özü və başqa həvəskar aktyorlar bu işi həm də başqalarını qorxutmaqdan həzz aldıqları üçün görür.
XS
SM
MD
LG