Accessibility links

Amerikada Hallovin bayramıdır [Video]


Amerikada Hallovin
please wait
Embed

No media source currently available

0:00 0:02:48 0:00

Amerikada Halluin

Amerikada Hallovin
please wait
Embed

No media source currently available

0:00 0:02:48 0:00

Hər il oktyabr ayında fermalara gedib, ən böyük balqabağı seçib ləkdən dərmək amerikalılar üçün bir ənənədir. Bu balqabaqların Içərisi təmizlənir və Hallovinin bayram edildiyi gün onların içərisində şam yandırılır.

Hoffer ailəsinə məxsus 6 hektarlıq balqabaq yetişdirildiyi bostanına hər il oktyabr ayında çox sayda insan gəlir. Sara Kosqrov həyat yoldaşı və iki oğlu ilə buraya artıq bir neçə ildir gəlir. “Mənim fikrimcə bura çox gözəldir və biz balqabağı adətən buradan, ləkdən dəririk. Biz onları bəzəyib evimizin qabağındakı eyvana qoyuruq.”

Hoffer ailəsinin 140 ildən çoxdur Merelend ştatındakı Katoktin dağlarında 53 hektarlıq bostanı var. Devid Hoffer və onun qardaşı artıq 7-ci nəsildir ki, ailələri ilə birlikdə bu fermada çalışır. Onlar bostanda Balqabaq yetişdirməyə 1994-cü ildən başlayıblar və deyirlər ki, insanlar balqabaqları mağazalarda deyil, burada, ləklərdə görə bilirlər.

“Uşaqların çoxunun balqabağın necə yetişdirildiyi barədə təsəvvürləri belə yoxdur. Onlar buraya gəlib həm nə isə öyrənir, həm də şənlənirlər.” -deyə, devid Hoffer bildirir.

Hofferlərin dostu Rodni Klayn 1918-ci ildən qalma, mühərriki qazla işləyən dondurma maşınına malikdir. “Keçmişdə fermerlər bu maşından qarğıdalı üyütmək üçün və ya nasos kimi istifadə edirdilər.”

Hoffer adamları balqabaq ləklərinə gətirmək üçün nəqliyyatın da olduğunu deyir: “Bəziləri buraya yalnız vaqonlara minmək üçün gəlir. Onlar bu vaqonlarla ətrafı gəzir və yaxşı vaxt keçirirlər.”


Nəvəsinin balqabaq axtardığını görməsi Dayan Vilkersonun xoşuna gəlir.
“Əsasən də onların balqabaqları qaldırmaq istəyərkən ağır olduğunu gördüklərini izləmək maraqlıdır.”

Bu uşaqlar balqabaqların Hallovinə necə hazırlanmalarını artıq bilirlər.

Kameron Spinner buraya ilkl dəfə gələndə çox həyəcan keçirmişdi. Onun anası Sinti də burada vaxtının şən keçdiyini deyir: “Hər dəfə iri balqabaq tapanda mən çox sevinirəm. Burada nəhəng balqabaqlar olur.”

Buraya ilk dəfə gələn altı aylıq Aydan Keinə xüsusi paltar geyindiriblər. Onun valudeynləri Brayan və Tammi Keinlkər də burada vaxtlarını şən keçirirlər. Onların yeni evinə aparılacaqları Halluin dekorasiyası olan balqabaqlar ya ovulacaq, ya rənglənəcək, ya da olduğu kimi saxlanacaq.
XS
SM
MD
LG