Accessibility links

İran Azərbaycanının Hamamlı mahalında qanunsuz özəlləşdirmə qarşıdurmaya səbəb olub [Audio]


Haray proqramının qonağı Fəraməz Motallıqlı doğma yurdunda baş verən zorakılıqları şərh edib. Onu sözlərinə görə polislərlə yerli sakinlər arsında yaranmış münaqişə nəticəsində çox sayda adam yaralanıb və həbs olunub. Cənab Motallıqlının sözlərinə görə xəsarət alanlar arasında qadınlar çoxluq təşkil edir.

İran Azərbaycanında Araz çayı sahillərinə yaxın Hamamlı mahalında polislərlə yerli əhali arasında qarşıdurma artıq altı aydır ki, davam edir. Motallıq və başqa bir neçə kənd sakinlərinin tez-tez istifadə edikləri ictimai hamamların bu yaxınlarda özəllləşdirilməsi insanları qəzəbləndirib.

Adından göründüyü kimi, əsrlər boyu Hamamlı mahalının sakinləri təbii bulaq suyundan istifadə olunan hamamlarda yuyunublar. Lakin yerli icma üzvləri ilə məsləhətləşilmədən hamamların bir fərdin ixtiyarına verilməsi və qiymətlərin kəskin bahalaşması yeni məhdudyyətlər yaranıb.

Hamamlı mahalnın sakinləri dəfələrlə səlahiyyətli orqanlara şikayət etsələr də bu müraciətlər nəticəsiz qalıb. Əvəzində hökumət əraziyə polis və təhlükəsizlik qüvvələri göndərib.

XS
SM
MD
LG