Accessibility links

Həmas lideri istefa verir


Yüksək rütbəli rəsmilər bildirib ki, Həmas qrupunun sürgündə olan lideri Xalid Meşaal istefaya getməklə 16 ildə ilk dəfə olaraq hərəkatın yeni lider seçməsinə imkan verib.

Meşaalın köməkçiləri bildirib ki, o, ötən həftə Həmas rəhbərliyinin Qahirə görüşündə yüksək rütbə uğrunda qarşıdan gələn seçkilərdə iştirak etməyəcək.

Xalid Meşaal 1996-cı ildən Həmas hərəkatına rəhbərlik edib. Onun rəhbərliyi altında on il bundan əvvəl Fələstin üsyanı dövründə qrup yüzlərlə israillinin ölümünə səbəb olan bir sıra intiharçı və başqa hücumlar həyata keçirib. O, eyni zamanda 1997-ci ildə İsrailin hazırladığı sui-qəsd hücumunda sağ qalıb. İsrail, ABŞ və Avropa İttifaqı Həmas qrupuna terrorçu təşkilat adı verib.
XS
SM
MD
LG