Accessibility links

Almaniyanın Hamburq hava limanı 50-dən çox adamın xəsarət almasından sonra boşaldılıb. Buna səbəb kondisioner sisteminin yaydığı naməlum zəhərli maddə olub.

Uçuşlar bir neçə saatlığına yubadılıb. Hava limanının sözçüsü Karen Steynin bildirdiyinə görə, uçuşlar saat 14-dən etibarən bərpa edilib.

50 nəfərdən çox sərnişin və hava limanı işçisi nəfəs almaqda çətinlik çəkdiklərini, qusma və gözlərinin yanmasından şikayət edib.

Aeropotdan evakuasiya edilənlər şaxtalı hava şəraitində gözləməli olub.

Yanğınsöndürənlərin təsis etdiyi xüsusi yerdə həkimlər insanları müayinə edib.

İnsidentə dəqiq nəyin səbəb olduğu bəlli deyil. Hazırda araşdırma aparılır.

XS
SM
MD
LG