Accessibility links

Yerli sakinlər və səhiyyə mənbələrindən alınan məlumata görə, İraqın şimal Mosul şəhərində həyata keçirilən hava hücumları zamanı İslam Dövləti yaraqlılarının liderlərindən biri öldürülüb.

Deyilənlərə görə, Mosuldakı islamçı yaraqlı qrupun lideri Radvan Talib Əl-Həmduni öz sürücüsü ilə birlikdə çərşənbə günü öldürülüb. Mənbələrdən biri Həmduninin elə həmin gün İslam Dövləti bayraqları qaldıran böyük izdihamla dəfn edildiyini bildirib.

Həmduni özünü İslam Dövləti adlandıran yaraqlılar tərəfindən iyun ayında ələ keçirilən Mosul şəhərinin valisi idi.

XS
SM
MD
LG