Accessibility links

İŞİD yaraqlıları onların cəsədlərini kütləvi məzarda yandırıb

İŞİD yaraqlıları son 3 həftə ərzində 300-dən artıq sabiq İraq polisini qətlə yetirərək, kütləvi məzarda cəsədlərini yandırıb. Human Rights Watch-un bildirdiyinə görə, məzar Mosul yaxınlığındakı Həmmam Əl-Əlildə aşkar edilib.

Kütləvi məzarı ziyarət edən Reuters-in müxbiri sakinlərin ifrat sərtxətt tərəfdarlarının qurbanları ya güllələdiklərini, ya da boyunlarını vurduqlarını söylədiklərini deyib.

Sakinlər İslam Dövlətinin şəhərdən çıxarılmasından əvvəl 200-dən çox sakini qətlə yertidiyini bildirib.

Human Rights Watch yaxınlıqdakı kəndlərdən ələ keçirilən sabiq polis işçiləri nin 2 mindən artıq adam arasından seçildiyini bildirib.

Şahidlərdən biri 100-125 nəfər kişinin 4 yük maşını ilə yaxınlıqdakı bölgəyə aparıldığının şahidi olduğunu, az sonra isə güllə səsləri eşitdiyini deyib.

Bundan sonrakı gecə də həmin səslər eşidilib. Human Rights Watch okryabrın 29-da 130-la 145 arasında kişinin öldürüldüyünü deyib.

Həmmam Əl- Əlildən daha bir şahid avtomat silahların səsini 3 gecə hərəsi 7 dəqiqə olmaqla eşitdiyini deyib.

Human Rights Watch-un Yaxın Şərq üzrə direktor müavini Co Stork İŞİD-in bəşəriyyətə qarşı cinayət faktlarına görə məsul tutulmasının vacibliyini dilə gətirib.

Show comments

XS
SM
MD
LG