Accessibility links

Çak Heyqelin müdafiə naziri vəzifəsinə namizədliyi səsə qoyulacaq


ABŞ-ın sabiq senatoru Çak Heyqelin müdafiə naziri vəzifəsinə namizədliyi səsə qoyulacaq.

Senatda respublikaçılar Heyqelin nominasiya ilə bağlı səsverməni iki həftə əvvəl təxirə salmışdı. Onlar buna səbəb olaraq keçmiş həmkarlarının Yaxın Şərq və ölkənin nüvə arsenalına dair mövqeyini göstərmişdi.

Respublikaçılar Heyqeli İrana qarşı həddindən artıq yumşaq, İsrailə qarşı isə tənqidi mövqe tutmaqda təqsirləndirir. Tənqidlərə baxmayaraq Senatın respublikaçı üzvləri dünən Heyqelin namizədliyinin səsə qoyulmasının artıq yubadılmayacağını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG