Accessibility links

Haray: Azərbaycan mətbuatında İran Azərbaycanı mövzusu


Haray: Azərbaycan mətbuatında İran Azərbaycanı mövzusu

Haray: Azərbaycan mətbuatında İran Azərbaycanı mövzusu

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, Elçibəy dövrü ilə müqayisədə indi cənubla bağlı xəbərlərə az yer verilir. O deyir ki, buna baxmayaraq onlar bizim burada təsəvvür etdiyimiz kimi aciz, fağır durumda deyillər. Kifayət qədər ciddi, qüvvəlidirlər.

Sual: Azərbaycan mətbuatında İranda yaşayan azərbaycanlılarla bağlı hazırda məlumatların dərc edilmə vəziyyətini necə qiymətləndirərdiniz? Yeni Müsavat qəzetində İranda yaşayan azərbaycanlıların həyatı, sosial hüquqları kimi məsələlərə nə nisbətdə yer verilir?

Cavab: Son vaxtlar Cənub mözvusuna o qədər də geniş şəkildə müraciət olunmur. Ümumi götürdükdə Yeni Musavat qəzeti cənubdakı azərbaycanlıların həbsi, hüquqlarının pozulması, dil, təhsil və başqa mədəni haqlarının, azadlıqlarının istənməsi ilə bağlı istənilən bir hadisəni xəbərə dərhal çevirir. Lakin Elçibəyin dövründə və bir az ondan sonrakı dövrdə olduğu kimi elə bir intensivlik yoxdur. Amma fakt onu göstərir ki, Cənubi Azərbaycanda böyük dalğalanmalar, hadisələr baş verəndə o xəbərlərin Azərbaycan mətbuatına yansıması daha intensiv olur.

Sual: Yeni Müsavat qəzetinin İran Azərbaycanında informasiya mənbələri hansı təşkilatlardır? Media orqanlardır, internet vasitələridir, sosial şəbəkələrdir? Hansı vasitələrdən malumat alırsınız?

Cavab: Hamısı var. Amma daha çox biz burda yaşayan cənublu soydaşlarımız vasitəsilə məlumat əldə edirdik. Mühaciətdə olan Cənubi Azərbaycanlıların qurduğu təşkilatlardan məlumat alırıq. Sosial şəbəkələrdən də məlumat əldə edirik. Son zamanlar “mediaforum” saytı, Amerikanın səsi radiostansiyasının sistemli informasiya toplamaq fəaliyyəti var. Onlardan da yaralanmağa çalışırıq.

Sual: İranda olan azərbaycanlıların mətbuat orqanları ilə Azərbaycan Respublikasındakı mətbuat orqanları arasındakı əlaqələr varmı? Jurnalistlər arasında əlaqələr necədir? Yəni informasiyaları bir-birilə bölürlərmi?

Cavab: Yox, Cənubi Azərbaycanda olan müstəqin informasiya vasitələrinin demək olar ki hamısı bir neçə il bundan əvvəl susdurulub.

Sual: Azərbaycan qəzetlərində İranda yaşayan azərbaycanlıların həyatları ilə, sosdial, mədəni hüquqları ilə bağlı güşələr varmı?

Cavab: Vaxtılə var idi, indi azalıb. Mən də vaxtılə çox yazırdım. İran gedib-gələndə də oradakı müşahidələrimi hər zaman köşə yazıları kimi bölüşürdüm. Həm Tehranda, həm Təbrizdə tanıdığım ziyalılar var. Onlar bizim burada təsəvvür etdiyimiz kimi aciz, fağır durumda deyillər. Kifayət qədər ciddi, qüvvəlidirlər. Məsələn 1999-cu ilə aid bir faktı deyim. 20 nəfər azərbaycanlı yığışaraq bir qəzetdə Azərbaycan dilinin təhqiri ilə bağlı məqaləyə ciddi bir cavab vermişdilər. Səhv etmirəmsa “Keyhan” qəzetində. Təbrizdə məsələn Təbriz bazarı milli mərkəzdir. Yəni belə görsənməsin ki, onlar orada boğulurlar, batırlar. Biz mətbuat olaraq onlara kömək edək. Elə bir şey yoxdur. Onların imkanları bizim imkanlardan çox-çox güclüdür. Söhbət maddi imkanlardan gedir. Milli hərəkatın başında duranların əksəriyyəti zəngindir. Sadəcə orada rejim ağırdır. Bu faktdır, amma bizdə də ağırdır. İstərdim ki, dinləyicilər yaxşı anlasınlar, bilsinlər ki, orada cənub batır, milyonlarla insanın səsi heç yerdə çıxmır, Yeni Müsavat və başqa qəzetlər isə bunları yazmır, belə şey yoxdur. Onların əksəriyyətinin bəzən bizə heç ehtiyacı olmur. Və texnologiya, xəbərləşmə, çağdaş kommunikasiya imkanları böyüdükcə, təbii ki, cənubluların şimaldakı qəzetlərə marağı azalır. Çünki özlərinin imkanları çoxalır. Məsələn Günaz TV kimi televiziyaları var. Hər-halda pis-yaxşı səslərini duyurur. Yəni 10 il bundan əvvəl bunların heç biri yox idi.

XS
SM
MD
LG