Accessibility links

Bu həftə Haray proqramını 2006-cı ilin may hadisələrinə həsr etmişik. Toqquşmalar zamanı bir neçə adam öldürüldüyünü bildirən hadisələrin şahidi Təbrizli Sayman Aruz deyir ki, azərbaycanlılar bu hərəkatdan tarixi dərslər götürüb. Cənab Aruzla müsahibəni sizə təqdim edirik.

Sual: 2006-cı ilin may hadisələri, may hərəkatı necə başladı. Təbii ki bu hərəkatın kökləri daha dərindəydi, ancaq karikatura bir səbəb oldu.

Cavab: Bu karikatura məsələsindən sonra baş vermiş hadisələri mən sizə bir-bir açıqlayım. Karikatura məsələsindən sonra bu söhbəti biz elə adi kafelərdə də edirdik. O gün heç vaxt yadımdan çıxmaz. Biz səhərdən bu olayın olacaını hiss edirdik. Abresandan bazarədək məsafə təxminən 15 kilometr olar. Bütün yol boyu addımlayaraq dəstə-dəstə cavanları, ittilaat və nuri-intizam adamlarını görürdük. Biz bazara catanda xəbər verdilər ki, nümayişlər artıq Abresanda başlanıb. Meydandan 15 kilometr bir məsafadə bir insan dənizi var idi. İnsan əlindən tərpənməyə yer yox idi. İnsanlar bir çox şüarlar səsləndirirdi

Sual: Hansı şüarlar idi konkret olaraq?

Cavab: “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Nə sağçıyıq, nə solçuyuq, millətçiyik, millətçiyik!”, “Haray, haray, mən türkəm!” kimi şüarlar səsləndirilirdi. Axşama qədər bir neçə kiçik toqquşmalar olmuşdu. İnsanları tutub döyürdülər. Axşam saat 10-da isə üsyan qalxdı. Döyülən insanlara kömək gedənlərlə polislər arasında qarşıdurma böyük bir qırğına çevrilirdi. Güllə səsləri eşidilirdi.

Sual: Ölənlər və yaralananlar nə qədər oldu, var idimi, gördünüzmü?

Cavab: Dedilər Təbrizdə 4 nəfər ölmüşdü. Ancaq təkcə 4 nəfərin meyitini Şahgölüdən tapmışdılar. İnsanları yandırıb və ya diri-diri gölə atıb öldürürdülər. Mən özüm şahidi oldum ki, bir gənci başından vurdular, onu təcili xəstəxanaya aparsalar da sonradan onun da öldüyünü bildirdilər. İttilaat adamları əllərinə yekə daşlar götürüb nümayişlərin başına vururdular. Onlar mühasirəyə alındığından qaça bilmirdilər. Kənardan da insanların onlara kömək etməsinə icazə vermirdilər. Bizim küçədə də bir polis maşınını aşırmışdılar. Oradan bazaar tərəfə getdim. Bazarda adam çox olduğundan orada insanları döyə bilmirdilər. Bizim küçədə də bir çox zorakılıqların şahidi oldum. Ordakılar bəsicilər idilər. Məni o qədər vurmuşdular ki, kürəyim qapqara idi. Şəhərin hər yerində qan var idi. Hər yerdə təkər yandırırdılar.

Sual: 2006-cı ilin may hadisələri faktiki olaraq indi də davam edir, yəni həmin şüarlar indi İran hökumətinin qarşısında qaldırılır. Həmin şüarlardan həyata keçəni olubdurmu? Məsələn türk dilində mədrəsə, Azərbaycan dilində qəzet, mətbuat. Bunlar həyata keçibdirmi? Hətta prezident seçkilərində də bu bəyanatlarla prezidentliyə namizədlər çıxış etmişdi ki, məktəblər açacaqlar, mətbuat orqanları açacaqlar. Həyata keçibdirmi?

Cavab: Heç bir şey həyata keçməyib, əksinə bir çox təzyiqlərin sayı da artıb. Bu yalnız insanların səsini toplamaq üçün bir bəhanə idi. May hadisələrindən əvvəl Təbrizdə bir neçə qəzet var idi ki, onların bir-iki səhifəsində türk dilində yazılar dərc olunur. İndi onlar da yoxdur. Təbrizdə türk dilində qəzet yoxdur, olsa da 100 faiz İttilaatın öz qəzetləridir.

Sual: 2006-cı il may hadisələrinin yəni mədəni hüquqlar uğrunda mübarizə ayının, may ayının tarixi dərsləri nədən ibarətdir? Yəni bu şüarların həyata keçirilməsi üçün hazırda diaspora təşkilatları, Azərbaycan Respublikasında yaşayan insanlar, xaricdəki diasporalar işlər görürlərmi?

Cavab: Əlbəttə, işlər görülür. Qurultay, konfranslar keçirilir, kitablar çap edilir. 2006-cı il may hadisələri bizə böyük bir dərs verdi. İran İnqalabından qabaq yol verdiyimiz səhvləri biz bir daha təkrar etməyirik. Son prezident seçkilərindən sonra da bunu gördük. Farslar, yaşılçılar hərəkatı öz istədikləri istiqamətə yönəldirdilər. Ancaq Təbriz və Azərbaycan qətiyyən onlara qatılmadı. Təbriz bir daha dedi ki, biz daha İrançılıq anlamını daşımırıq, azərbaycanlıların mənfəəti olmayan hərəkatlara qaılmayacağıq.

XS
SM
MD
LG