Accessibility links

HARAY-ın mövzusu İran Azərbaycanında Cümə günü Urmiyə Gölünün xilas olunması aksiyaları ilə başa çatan Novruzdur


Urmiyə gölünün qurumasının nəticəsi

Urmiyə gölünün qurumasının nəticəsi

Milli Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutunun nəzdində Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri İranda Novruzun qeyd edilməsinə məhdudiyyətlərin ideoloji səbəblərə əsaslandığını deyir.

Sual: İranda Növruz bayramının geniş şəkildə qeyd edilməməsinə səbəb nədir?

Cavab: Yəqin ki, burada daqmatik bir düşüncə əsasında qurulmuş siyasətdir. Məsələn bizdə indiyənədək də düşünürlər ki, Novruz İslam bayramıdır. Əslində isə bu çox qədim bir bayramdır. İran mədəniyyətinin əkinçilik mədəniyyəti ilə bağlı olan bayramdır.

Sual: İranda elliklə bu bayramın qeyd edilməməsinə paralel olaraq, İranda yaşayan Azərbaycan ailələri bu bayramı çox geniş şəkildə qeyd edirlər. İran hakimiyyəti bu bayramın ictimai şəkildə qeyd edilməsinə niyə manə olur? Sizin fikrinizcə səbəb nədir buna?

Cavab: Güman etmək olar ki, burada ideoloji-siyasi bir səbəb var. Bir halda ki, bu bayram rəsmi bayram siyahısında deyil, ideoloji dəyərlərə sıx bağlı deyilsə, müəyyən müxalif düşüncəli insanlar buna xüsusi diqqət verə bilərlər. Elə müqayisə üçün yəqin biz öz təcrübəmizi də götürə bilərik. Sovet dövrü biz Novruzu necə qeyd edirdik və bəzən bu bayramın rəsmən keçirilməsi hansısa daxili ideoloji problemlər yaradırdı.

Sual: Novruz deyirlər həm də sülhpərvərlik bayramıdır. Minlərlə illik tarixi olan və xalq arasında geni şəkildə qeyd olunan belə bir bayramı İran hakimiyyətin mənimsəməməsinin səbəbi nə ola bilər?

Cavab: Onların istər sülh, istərsə də həmrəylik düşüncəsini və dəyərini təbliğ etmək üçün İslam dəyərləri üzərində qurulmuş ideoloji sistemləri də var. Burada əlbəttə ki, İslam dininin öz bayramları kifayət qədər imkan verir ki, bu dəyərləri inkişaf etdirsinlər.

Sual: Siz şərq tarixinin araşdırıcısısınız. Şərq tarixində Novruz bayramı necə qeyd edilir? İranla münasibətdə

Cavab: Əlbəttə, bu, ərəb ölkələrində heç də eyni deyil. İraqda hər zaman Novruz bayramı çox geniş şəkildə qeyd olunur. Bu da təsadüfi hal deyil. İraqda bu bayramın geniş qeyd olunması səbəblərindən biri də əhalinin böyük üstünlüyünü şiələrin təşkil etməsidir. Sünni əhalinin üstünlük təşkil etdiyi başqa ölkələrdə və eyni zamanda İran əkinçilik mədəniyyəti sərhədlərindən kənarda olan ölkələrdə bu bayramın qeyd edilməsi müşahidə olunmur.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG