Accessibility links

Haray proqramını bu həftə İranda yaşayan uşaqların təhsildə üzləşdiyi problemlərə həsr etmişik


Haray proqramını bu həftə İranda yaşayan uşaqların təhsildə üzləşdiyi problemlərə həsr etmişik

Haray proqramını bu həftə İranda yaşayan uşaqların təhsildə üzləşdiyi problemlərə həsr etmişik

Bu həftə Haray proqramını İranda yaşayan azərbaycanlı uşaqların hüquqların müdafiəsinə həsr etmişik. Fəaliyyətinə qadağa qoyulmuş Şəmsi-Təbriz qəzetinin redaktoru Əli Suleymani deyir ki, İranda ana dilində təhsil üçün ən böyük məhdudiyyətlərlə azərbaycanlı uşaqlar üzləşir. Cənab Süleymani ilə müsahibəni sizə təqdim edirik.

Sual: İranda yaşayan azərbaycanlı uşaqların hüquqlarının müdafiəsi həyata keçirilirmi? Xüsusilə də onların öz ana dilində dərs almaq hüququ həyata keçirilirmi?

Cavab: İran çoxsaylı millətlərdən ibarətdir. Onlar arasında azərbaycanlılar çoxluq təşkil edir. Ancaq azərbaycanlılar da daxil olmaqla, bu xalqların heç birinin hüquqları qorunmur. Onlar bütün insan haqlarından və BMT-də qəbul olunmuş dil, tarix, ədəbiyyat, folklor haqlarından məhrumdurlar. Ciddi təzyiqlər var. Bu istiqamətdə mübarizə aparan fəallar isə məhkməyə cəlb olunub. Bir zaman bəluclar edam olunurdu, sonrada ərəblər ciddi təzyiqlərlə üzləşdi, bu yaxınlarda isə 5 kürdü edam etdilər. Bunlar hamısı etniklərə qarşı çox ciddi təzyiqlərin olduğunu göstərir.

Sual: Siz İranda anadan olmusunuz, İranda təhsil alıbsınız. Siz ana dilində, Azərbaycan dilində təhsil alıbsınızmı? Hansı məktəbdə təhsil alıbsınız, hansı dərsləri sizə keçiblər?

Cavab: Mən oxuduğum məktəbdə daxil olmaqla, İranda bütün məktəblərdə dərslər farsca keçirilir. Hətta dərsliklərdə İrandakı etnik xalqların tarixləri barədə heç bir məlumat verilmir. İranda tarixinin əsasını təşkil edən türk və azərbaycanlılar haqda da məlumat verilmir. Bu günlər İranda bir farslaşma prosesi keçir.

Sual: İran məktəblərində Ədəbiyyat dəsrliklərində Azərbaycan şairləri, yazıçıları ilə bağlı məlumatlar varmı? Xüsusilə azərbaycanlıların oxuduğu məktəblərdə

Cavab: Heç cürə Azərbaycan şairi kimi təqdim olunmasına icazə verilmir. Məsələn Nizami Gəncəvini fars şairi kimi təqdim edirlər və deyirlər ki, o, fars dilində yazıb. Hətta yaxın keçmişə nəzər salsaq görərik ki, bizim Məhəmməd Hüseyn Şəhriyarı da fars Şairi kimi qələmə verirlər. Şəhriyar adlı mədəniyyət günlər keçirdilər və bu, onun bir fars şairi kimi tanınmasına məqsədi daşıyırdı.

XS
SM
MD
LG