Accessibility links

Harayın bu həftə mövzusu İranla Azərbaycan arasında mədəniyyət bağlarıdır


Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzi
Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzi

Dəfələrlər İrana səfər etmiş “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Təbrizlə Bakı arasında geyim üslubunda ciddi bir fərq yoxdur. Cənab Şahinoğlu digər sahələrdə də böyük oxşarlıqların olduğunu bildirir.

Harayın bu həftə mövzusu Azərbaycanla İran ələlxüsus İran Azərbaycanı arasında mədəniyyət bağlarına həsr olunub. Dəfələrlər İrana səfər etmiş “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Təbrizlə Bakı arasında geyim üslubunda ciddi bir fərq yoxdur. İranda azərbaycanlılar Şərq və Qərb uslubunun qarışığının daha məşhur olduğunu bildirən cənab Şahinoğlu digər sahələrdə də böyük oxşarlıqların olduğunu bildirir.

Onun sözlərinə görə, Bakıda İran məhsullarının sayı çoxalsa da, onların keyfiyyəti aşağı səviyyədədir. Ancaq Elxan Şahinoğlu Təbrizdə olarkən Azərbaycan məhsullarına rast gəlmədiyini bildirir. Ekspert hesab edir ki, Təbrizlilərin xüsusi ilə texniki mallara marağı böyükdür. O deyir ki, Azərbaycan bu növ malları İrana ixrac edə bilər. O, İrana hətta ərzaq məhsullarının da ixrac oluna biləcəyini deyir.

Musiqi bağlarına gəldikdə isə “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri deyir ki, Azərbaycanda çəkilən kliplər İranda böyük marağa səbəb olur. Onun sözlərinə görə, Azərbaycan mahnısının Avropa standartları ilə klipi çox böyük maraq doğurur. Muğama da böyük marağın olduğunu bildirən Elxan Şahinoğlu azərbaycanlı xanəndələrin orada izdihamlı konsertlərinin keçdiyini vurğulayır.

XS
SM
MD
LG