Accessibility links

Avropa İttifaqı Rusiyanı tənqid edib


Avropa İttifaqı avropalı qanunvericinin ölkəyə buraxılmamasına görə Rusiyanı tənqid edib.

28 üzvlü qurum Avropa Parlamentinin alman nümayəndəsi, Yaşıllar qrupunun həmsədri Rebekka Harmsın ölkəyə girişinin rədd edilməsini qəbuledilməz adlandırıb.

Avropa İttifaqı onun səfər etməzdən əvvəl Rusiyanın səlahiyyətli nümayəndələri ilə görüşdüyünü bildirib.

Avropa Parlamentinin prezidenti Martin Şultz insidentin Rusiya ilə əlaqərə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq verib. O deyib ki, Rusiyanın Brüsseldəki səfriliyinə rəsmi etiraz notası göndərərək, Moskvanın qərarını dəyişməsini tələb edəcək.

Harms diplomatik pasporta malik olmasına baxmayaraq, Rusiyaya dünən buraxılmadığını deyib. Moskvanın Şeremetyevo hava limanında 3 saat saxlandıqdan sonra ona persona non grata olduğu elan edilib və o, Brüsselə geri dönən təyyarəyə mindirilib.

Rusiya prezidenti Vladimir Putinin tənqidçilərindən olan Harms ukraynalı qadın pilot Nadya Savçenkonun məhkəməsi ilə bağlı Rusiyaya gedirdi.

Savçenko casusluq və Ukraynanın şərq regionunda öldürülən iki rus jurnalistin qətlində iştirak ittihamı ilə həbsdədir. O, iyun ayında rusiyapərəst separatistlər tərəfindən ələ keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG