Accessibility links

Harri Robins: ATƏT-ün üç meyarı üzrə öhdəliklərin təmin edilməsinə kömək edən razılaşmanı alqışlayırıq


ATƏT-ə üzv ölkələrin bayraqları
ATƏT-ə üzv ölkələrin bayraqları

ABŞ-ın müvəqqəti işlər vəkili ATƏT-in Azərbaycandakı missiyasının mandatının azaldılması ilə əlaqədar bəyanatla çıxış edib

ATƏT Daimi Şurasında ABŞ-ın müvəqqəti işlər vəkili Harri Robins ATƏT-in Azərbaycandakı missiyasının mandatının azaldılması ilə əlaqədar bəyanatla çıxış edib.

ABŞ ATƏT ofisinin hazırki mandatının ilin sonuna qədər təşkilatın Bakıda “mühüm” mövcudluğunun saxlanması haqqında Azərbaycan hökuməti ilə razılıq əldə edilməsindən məmnundur.

“Biz ona görə konsensus əldə etdik ki, ofisin Azərbaycana ATƏT-in üç meyarı üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edən mühüm işini qətiyyətlə dəstəkləyirik. Şadıq ki, ofis ATƏT prinsiplərinin və öhdəliklərinin həyata keçirilməsi məqsədilə Azərbaycan hökuməti və ATƏT institutları arasında əməkdaşlığı dəstəkləməyə davam edəcək. Biz Azərbaycanın demokratik inkişafı da daxil olmaqla, ATƏT-in bütün üç meyarı üzrə öhdəliklərin təmin edilməsinə və yerinə yetirilməsinə kömək edən hazırki razılaşmanı alqışlayırıq”, deyə bəyanatda bildirilir.

Daha sonra Robbins qeyd edir ki, istənilən həqiqətən demokratik dövlət üçün əsas qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlarına, o cümlədən birləşmək, toplaşmaq və ifadə azadlıqlarına hörmətdir.

“Biz Azərbaycan hökumətinin ATƏT-in yerlərdə daimi və möhkəm iştirakı məsələlərini necə həll edəcəyinə baxacağıq, üç meyar üzrə işlər aparacağıq, hazırki və gələcək mandatda nəzərdə tutulduğu kimi, Azərbaycan cəmiyyətinin bütün spektri ilə qarşılıqlı fəaliyyət göstərəcəyik”, deyə bəyanatda qeyd edilib.
XS
SM
MD
LG