Accessibility links

Böyük Britaniya şahzadəsi Harri Birləşmiş Ştatların birinci xanımı Mişel Obama və vitse-prezident Co Baydenin həyat yoldaşı Cill Baydenlə birlikdə "Əlil hərbçilərə yardım" proqramı çərçivəsində ABŞ hərbi bazasında olub.

Şahzadə baş alıb gedən əqli xəstəliklərə son qoymaq üçün yalnız müharibə veteranlarına deyil, bütün insanlara yardım edilməli olduğunu deyib.

Şahzadə Harri eləcə də əlil veteranların beynəlxalq idman yarışlarında iştirakı proqramı olan "Invictus" oyunlarını dəstəkləyir. Şahzadə keçən il Londonda keçirilən ilk oyunlara başçılıq edib.


XS
SM
MD
LG