Accessibility links

Sehrbaz Herri Potter ekranlarda möcuzələr yaradır (VIDEO)

  • Amerikanın səsi

Sehrbaz Herri Potter ekranlarda möcuzələr yaradır (VIDEO)

Sehrbaz Herri Potter ekranlarda möcuzələr yaradır (VIDEO)

Sehrbaz Herri Potter haqda silsilə filmlərin səkkizinci final bölümü cümə günü ekranlara çıxandan sonra ən gəlirli film olub. Warner Bros. kino-studiyasında istehsal edilmiş Herri Potter və Ölümsaçan Saxlanclar (Harry Potter and the Deathly Hallows) kino-filminin ikinci hissəsi ABŞ və Kanadada ekranlara çıxan birinci gün artıq 43,5 milyon dollar gəlir lədə edib. Bu, filmin ekrana çıxdığı birinci axşam satışlardan əldə edilən rekord məbləğdir. Filmin Amerikadan kənarda çərşənbə günü dünyanın 23 ölkəsində debyütündən sonra da rekord gəlir əldə edilib. Filmin sonuncu seriyası britaniyalı müəllif J.K.Roulinqin eyniadlı Herri Potter silsiləsindən sonuncu kitabı əsasında çəkilib.

XS
SM
MD
LG