Accessibility links

Amerikanın ən prestijli təhsil ocaqlarından biri olan Harvard universitetinin rəhbərliyi universitetə onun tarixində ən böyük ianə edildiyini bildirib. 400 milyon dollar məbləğində ianə Uol Strit-də investisiya fondunun sahibi milyarder Con Polson (John Paulson) tərəfindən verilib.

Universitet rəhbərliyinin bildirdiyinə görə, vəsaitdən Layihələşdirmə və Tətbiqi Elmlər fakültəsinin maliyyəşdirilməsində istifadə ediləcək. Fakültəyə 1980-ci ildə Harvard universitetini bitirmiş 59 yaşlı milyarderin adı veriləcək.

Son illər fakültə sürətlə genişləndirilir. Onun elmi laboratoriyalarında müstəqil idarə olan robotlar və xərçəng xəstəliyinə qarşı implant edilə bilən vaksinlərin yaradılması istiqamətində mühüm inkişaf əldə edilib.

Con Polsonun varidatının 11 milyard dollardan artıq olduğu bildirilir. O, Amerika investorları arasında ehtiyatlı və düşünülmüş addımlar atan bir investor kimi tanınır. Onun 2007-ci ildə ABŞ-da əmlak bazarında tənəzzül baş verən zaman substandard ipoteka istiqrazlarına investisiya qoyuluşları etmədiyi deyilir. İpoteka kreditləri bazarında tənəzzül ABŞ-da 1930-cu illərdən sonra ən böyük iqtisadi böhrana gətirib çıxarmışdı.

Harvard universitetinə hədiyyə etdiyini elan edən Con Polson deyib:”Bəşəriyyəti yaxşılaşdırmaq üçün təhsildən mühüm heç bir şey yoxdur.”

Harvard universitetinin ianə fondları təxminən 36,4 milyard dollar təşkil edərək, onu dünyanın ən zəngin universitetlərindən biri edir.

Harvard universitetinin bu fakültəsi son illər

XS
SM
MD
LG