Accessibility links

Hasaka sakinləri evlərinə qayıdır


Suriya rejimi və kurd döyüşçüləri arasında qanlı qarşıdurmadan bir həftə sonra Hasaka şəhərinin sakinləri evlərinə qayıtmağa başlayıb. Şəhərdə Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edilib.

Hasakanın təqribən 150 min sakini döyüşlər nəticəsində yaxınlıqdakı şəhərlərə qaçıb. ABŞ təyyarələri Suriyanın qırıcı təyyarələrinin hücumlarına müdaxilə edərək, kürdlərin müdafiəsinə qalxıb.

Quruda isə döyüşlər günlərlə davam edib. 2012-ci ildən bəri ilk dəfədir ki, Suriya rejimi kürdlərin məskunlaşdığı şəhərə qarşı hücuma keçir.

Suriya hökumətinin hava hücumlarını dayandırması üçün Amerika təyyarələri koalisiya qüvvələrinin yardımına qoşulub. Pentaqon vəziyyətlə əlaqədar Rusiya ilə əlaqəyə girib.

Yerli sakinlərin dediyinə görə, ABŞ təyyarələri şəhəri və sakinləri müdafiə edib.
Şəhər sakini Evan Hasibin bildirdiyinə görə, Amerika və Rusiyanın yardımı insanlarda rahatlıq hissi yaradıb.

Rejim “parçalama və hökmranlıq” siyasəti yürüdür

Kürd komandirləri şəhərin 80 faizinin Xalqın Müdafiəsi Birliyinin (YPG) nəzarəti altında olduğunu bildirir.

Kurd, ərəb və xristianların yaşadığı Hasakada hökumət etnik parçalanma yaratmağa çalışır. Təhlilçi Hüseyn Zedo deyib ki, rejim “parçalama və hökmranlıq” siyasəti yürütməklə, şəhərin nəzarətini əldə saxlamağa çalışır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG