Accessibility links

Həsən Raşidi: İranda demokratiyaya inananlar Türk Bölgələri Fraksiyasını dəstəkləyir [Audio-Müsahibə]


“Türklərdən əlavə o insanlar ki, bu məmləkətdə demokratiya, insan haqlarına və insanlığa inanırlar, onlar Türk Bölgələri Fraksiyasını dəstəkləyirlər,” deyə Kərəc şəhərindən Amerikanın Səsinə danışan türk yazar Həsən Raşidi bildirir. Tanınmış yazar fraksiyanın quruluş prosesi, onu dəstəkləyən və əleyhinə çıxan qrupların görüşləri, fraksiyanın fəaliyyət bölgələri haqda danışıb. Raşidi eləcə də Azərbaycan və İranın digər vilayətlərində yaşayan türk aydınlar, yazarlar və ictimai fəalların Türk Fraksiyasından gözləntilərini şərh edib.

Ötən 20 il ərzində türk toplumu və Azərbaycan Milli Hərəkatına mənsub fəalların istəklərini mədəni yollarla əldə etməyə çalışdıqlarını önə çəkən Həsən Raşidi Türk Bölgələri Fraksiyasının da həmin istəklər əsasında təsis edildiyini qeyd edir:

Müxtəlif vilayətlərdən 100 nümayəndə bu fraksiyaya üzv olublar. Hətta 100-dən də çox ola bilər məncə. Çünki, hələ Azərbaycanın bəzi nümayəndləri var mən tanıyıram ki fraksiyaya üzv olmayıblar.

“Keçən 20 il ərzində bu istəklər bizim millətin içində daha çox yerinə düşmüş və nəhayət keçənilki seçkilərdə güclü bir şəkildə özünü göstərmişdir. Bir çox millət vəkili namizədi bu istəklərin təməlində məclisə yol tapmışdır. Təbii ki, bunların məclisə getməsində bu insanlarımızın istəkləri rol oynamışdır və bunlardan gözlənti bu idi ki siz məclisə girəndə bu istəkləri yerinə gətirməlisiniz,” deyə cənab Raşidi Türk Bölgələri Fraksiyasının ehtiyaclar əsasında təsis edildiyini vurğulayır.

Həsən Raşidi demokratiya və insan haqlarına inananların Türk Fraksiyasına dəstək verdiyini söyləyir: “Türklərdən əlavə o insanlar ki, bu məmləkətdə demokratiyaya inanırlar, insan haqlarına inamları var və insanlığa inanırlar, onlar bu fraksiyanı dəstəkləyirlər."

O, fraksiyaya müxalif olanları iki dəstəyə ayırır:

İranda Türklərin tarixi, dili və kimliyi üzərində araşdırma (Yazar: Həsən Raşidi)

İranda Türklərin tarixi, dili və kimliyi üzərində araşdırma (Yazar: Həsən Raşidi)


“Birinci qrup onlar ki, hiss edirlər fraksiyanın arxasında bir nigarançılıq ola bilər. Buna görə ki, indiyə qədər məclisdə belə güclü fraksiya yaranmamışdı... Bundan nigarandırlar və nigarançılığı budur ki, onların deyişi ilə bu ayrılma məsələsinə gətirib çıxarsın. Amma onlar bunu görməlidirlər ki, bu fraksiya 100 millət vəkilindən təşkil olunmuş, o da İranın müxtəlif vilayətlərindən. [Azərbaycandan əlavə] ‘Fars’ vilayətindən tutub Gilan, Şimali Xorasan, Tehranın özü və mərkəzi vilayətlərdən də millət vəkillərinin iştirakı ilə yaranmış bu fraksiyada nə ayrılmağı? Hara ayrılacaqdır?

Bəziləri üçün də belə güclü fraksiyanın yaranması gözlənilməz ola bilər. Çünki belə güclü bir fraksiya nazirlərin istizahında (sorğu) da təsirli olar.

Fraksiyadan gözləntilərin biri budur ki, türkləri bu ölkədə türk olaraq tanısınlar, azəri kimi adlarla deyil. Bir türkük, dilimiz türkcədir və İran üçün də hamıdan çox qan vermişik.

Amma müxaliflərin ikinci qrupu əsasən türklərin mövcudluğu ilə müxalif olanlardır. Yəni, onlar türk insanının bu ölkədə yaşamasına müxalifdirlər. Bizləri hətta bizi azəri hesab edirlər. Deyirlər, siz türk deyil azərisiniz... Bunlar aşırı irançılar və kuroşçulardırlar. Onlar ki, oktyabrın 29-da Kuroşun məqbərəsində həmin irqçi şüarları səsləndirdilər. Mətbuat sərgisində biz onların nümunələrini gördük.”

“İranda Türklərin tarixi, dili və kimliyi üzərində araşdırma” adlı kitabın müəllifi Türk Bölgələri Fraksiyasının təsir göstərə biləcəyi bölgələr haqqında da danışıb. O, bəzi qeyri-türk millət vəkillərinin də fraksiyada yer aldığına işarə edərək fraksiyanın həmin bölgələrdə yaşayan qeyri-türklərin həyatına da müsbət təsirlər göstərəcəyinə inandığını ifadə edir:

“Müxtəlif vilayətlərdən 100 nümayəndə bu fraksiyaya üzv olublar. Hətta 100-dən də çox ola bilər məncə. Çünki, hələ Azərbaycanın bəzi nümayəndləri var mən tanıyıram ki fraksiyaya üzv olmayıblar... Türklərin yaşadığı bölgələrdə bir çox müştərək problemləri vardır. Onların biri və əsas olanı ana dilində təhsilin olmamasıdır... Türk bölgələrində işsizlik daha çoxdur. Bu da müştərək bir problemdir. İndi Azərbaycan və digər türk bölgələrindən başqa vilayətlərə geniş mühacirət vardır. Bunlar 100 nümayəndənin gücü ilə məclisdə güclü bir şəkildə gündəmə gələ bilər.”

Türklərin yaşadığı bölgələrdə bir çox müştərək problemləri vardır. Onların biri və əsas olanı ana dilində təhsilin olmamasıdır. Türk bölgələrində işsizlik daha çoxdur. İndi Azərbaycan və digər türk bölgələrindən başqa vilayətlərə geniş mühacirət var. Bunlar 100 nümayəndənin gücü ilə məclisdə güclü bir şəkildə gündəmə gələ bilər.

Onun dediklərinə görə, “təbii ki, bu bölgələrdə iqtisadi inkişaf olsa, digər azlıqlar da rahat yaşayar. Onların nümayəndləri də bu əsasda gəlib qoşulublar ki, onlar da öz cəmiyyətlərinin xeyrinə təsir qoysunlar. Eyni zamanda türklərin digər qeyri-farslar ilə müştərək məsələləri vardır. Misal üçün Qərbi Azərbaycan vilayətində kürdlər də yaşayır. Təbii ki, orada iqtisadi baxımdan və başqa cəhətlərdən inkişaf olsa, bu kürdlərin də xeyrinədir...”

Türk aydınlar və mədəni fəalların Türk Bölgələri Fraksiyasından gözləntilərini önə çəkən tanınmış türk yazarının sözlərinə görə, onlar ana dili məsələsi başda olmaqla mövcud problemlərin yavaş yavaş çözülməsi istiqamətində fraksiyadan fəaliyyət gözləyirlər:

“Ana dili məsələsindən əlavə Azərbaycan və digər türk bölgələrinin iqtisadi çətinlikləri vardır. Türklər bu bölgələrdən mərkəzə axın edirlər. Başqa bir məsələ bu ki, İranda türklərə təhqir var. Başqa qeyri-farslar da təhqir olur bu amma türklərə qarşı daha çoxdur... Radio və Televiziyada türk dilində daha çox proqramlar olmalıdır. Tehran vilayətinin yarısından çoxu türkdür amma burada 10-15 TV kanalı olduğu halda bir kanal belə türkcə proqram yaymır.”

Həsən Raşidi türklərin İranda türk kimi tanınması istiqamətində addımların atılmasını da əsas gözləntilərdən biri olduğunu vurğulayır.

“Gözləntilərdən biri budur ki, türkləri bu ölkədə türk olaraq tanısınlar, azəri kimi adlarla deyil. Bir türkük, dilimiz türkcədir və İran üçün də hamıdan çox qan vermişik. İran sadəcə bir kimlik və mədəniyyətlə tanınmamalıdır. İran çoxmillətli bir ölkədir və bütün bu mədəniyyətlərə dəyər verilməlidir,” deyə yazar və türk dili müəllimi əlavə edir.

Show comments

XS
SM
MD
LG