Accessibility links

Vahid Qarabağlı: Ruhani sözlərinə əməl etməyib, hüquq pozuntuları çoxalıb [Audio]


Vahid Qarabağlı

Vahid Qarabağlı

İnsan haqları qrupları və beynəlxalq liderlər, o cümlədən BMT-nin Baş Katibi Ban Ki Mun prezident Həsən Ruhaninin İranda insan haqları və fərdi azadlıqları genişləndirməyə dair səsləndirdiyi şuarlar və verdiyi sözlərə əməl etmədiyini deyirlər. Mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verən güneyli jurnalist və hüquq müdafiəçisi Vahid Qarabağlı Həsən Ruhani höküməti dövründə insan haqları durumu ilə bağlı müsbət bir dəyişiklik görmədiyi, hələ bəzi sahələrdə insan haqları pozuntularının artdığını vurğulayıb.


“Ruhani gəldikdən sonra, azadlıqlar artmadı, haqları verilmədi. O, seçkilər zamanı və ondan sonra mədəni-fərdi haqlar və azalıqları o cümlədən, media və söz azadlığı, qadınlar, etnik qruplar, dini azlıqlar, öyrəncilər və siyasi məhbusların durumunun yaxşılaşmasına söz verdi. Azərbaycana səfərində Türk dili qurumunun yaradılması və Urmiyə gölü ilə bağlı vədlər verdi. Ancaq, əməldə bir dəyişiklik olmamış, hətta bəzi sahələrdə verilən vədlərin tam əksinə əməl edilmiş,” deyə Qarabağlı söyləyib.

Bəzi insan haqları qrupları əslində siyasi cərəyanların təsirindədirlər. Bunlar insan haqları fəaliyyətinə öz siyasi maraqları istiqamətində bir taktik kimi yanaşır, istədikləri siyasi görüş hakimiyyətdə olmayanda, müvəqqəti olaraq insan haqları fəaliyyəti ilə məşqul olurlar.
Hüquq müdafiəçisinin dediklərinə görə, bəzi siyasi qruplar və farsdilli media Həsən Ruhani höküməti ilə ortaq maraqlar güddükləri üçün yanlış məlumat yayaraq durumu yaxşı göstərməyə və toplumda saxta bir kollektiv şüur yaratmağa çalışırlar:

“Dünyada və İran toplumunda, Əhmədinejad dönəminin bitməsi və Ruhaninin gəlməsi ilə azadlıqlar çoxalır və insan haqları genişlənir şəklində yanlış mənzərə yaradırlar. Ancaq iddialarını isbatlamaq üçün ortaya hər hansı bir fakt atmayıb, sadəcə Ruhaninin söhbətləri və verdiyi sözlərə əsaslanırlar.”

Qarabağlı həmçinin hazırda Mahmud Əhmədinejad dövrü ilə müqayisədə İranla bağlı fəalliyyət göstərən insan haqları təşkilatlarının daha passiv mövqe sərgilədiklərini bildirib.

“Bəzi insan haqları qrupları əslində siyasi cərəyanların təsirindədirlər. Bunlar insan haqları fəaliyyətinə öz siyasi maraqları istiqamətində bir taktik kimi yanaşır, istədikləri siyasi görüş hakimiyyətdə olmayanda, müvəqqəti olaraq insan haqları fəaliyyəti ilə məşqul olurlar. Bu durumda, gerçək hüquq müdafiəçiləri də yalnız qalıb və keçmişdə olduğu kimi siyasi qrupların sahib olduğu media və beynəlxalq əlaqələrdən istifadə etmək şansını da itirirlər,” deyə o söyləyib.

Bəzi sahələrdə insan haqları pozuntularının kəskin artdığını qeyd edən güneyli jurnalist Ruhani hakimiyyətindən sonra icra edilmiş edam hökmlərinin çoxalması, habelə Azərbaycan şəhərləri və Tehranda Dünya Ana Dili Günü ilə bağlı həyata keçirilmiş geniş həbs dalğasına diqqət çəkib.
XS
SM
MD
LG