Accessibility links

Milad Balisini: Prezident Ruhaninin vətəndaşlıq haqları nizamnaməsi təbliğat məqsədi daşıyır [Audio-Müsahibə]


Milad Balisini

Milad Balisini prezident Həsən Ruhaninin son günlərdə açıqladığı Vətəndaşlıq Haqları Nizamnaməsinin təbliğat məqsədi daşıdığını və əməldə icra oluna bilməyəcəyini vurğulayır. Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan türk fəalın dediklərinə görə, bu nizamnamədə qadınlar habelə etnik və dini azlıqların haqlarına dair dərc edilən maddələr İslam Respublikasının təsisindən bəri İran Konstitusiyasında mövcuddur, amma icra edilməyib.

Həsən Ruhani höküməti Vətəndaşlıq Haqları Nizamnaməsinin ilkin layihəsini 2013-cü ilin sonlarında nəşr etmişdi. Prezident Ruhani dekabr ayında nizamnamənin nəhayi mətnini açıqlayaraq onu hökümətinin proqramı və siyasəti kimi təqdim edib.

Bu nizamnamə qanuni bir sənəd deyil. Qanuni bir sənəd olması üçün kabinet ya məclisdə imzalanmalı idi.

Milad Balisinin sözlərinə görə, “Həsən Ruhani prezidentlik dövrünün sonlarına yaxınlaşır. Nizamnamənin bu günlərdə açıqlandığına görə gələcək dövr seçkilərində təbliğ oluna bilər.”

O, Vətəndaşlıq Haqları Nizamnaməsinin kabinet ya parlament kimi qurumlarda təsdiq olunmadığı üçün hüquqi qüvvəyə malik olmadığını qeyd edir.

“Bu nizamnamə qanuni bir sənəd deyil. Qanuni bir sənəd olması üçün kabinet ya məclisdə imzalanmalı idi... Onun maddələrində də ziddiyyətli məqamlar var. Buna görə, bu nizamnamə əməl mərhələsinə keçə bilməz.”

Həsən Ruhani
Həsən Ruhani


Türk fəal nizamnamənin qadınlar, həmçinin etnik və dini azlıqların haqlarına dair maddələrinə işarə edərək bunların əslində İran İslam Respublikasının Konstitusiyasında mövcud olub fəqət heç zaman riayət olunmadığını önə çəkir.

Bu ayrı-seçkiliklərin aradan qaldırılması üçün infrastruktur dəyişməlidir. Bu problem belə nizamnamələr ilə çözülən deyil.

“Nizamnamədə deyilir ki vətəndaşların hamısı toplumda bərabər mövqeyə sahibdir və irq, dil, etnik və məzhəb mənsubiyyəti vətəndaşlara qarşı ayrı-seçkiliyə səbəb olmamalıdır. Amma İran ana yasasının 15 və 19-cu maddələri də tam olaraq bunlara işarə edib. Ancaq inqilabdan 37-38 il sonra bunlar əmələ keçməyib. Çünki bu ayrı-seçkiliklərin aradan qaldırılması üçün altyapı (infrastruktur) dəyişməlidir. Bu problem belə nizamnamələr ilə çözülən deyil,” tələbə fəal söyləyir.

Milad Balsini həmçinin sabiq prezident Əkbər Haşimi Rəfsəncaninin ölümünün Həsən Ruhaninin İran siyasətində mövqeyinə göstərəcəyi təsirlər haqqında düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

XS
SM
MD
LG