Accessibility links

ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri azadlıqdan məhrum edilib


ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri 15 ay müddətinə azadlıqdan məhrum edilib. Dennis Hastert cinsi təcavüzə məruz qoyduğu 4 sabiq tələbədən birinə pul müqabilində susma ittihamı ilə həbs edilib.

Cəza müddəti başa çatdıqdan sonra o, 2 il müddətində seksual təcavüzkar kimi islah müəssisəsinə göndərilməklə yanaşı, 250 min dollar məbləğində cərimə ödəyəcək.

Hastert ötən il böyük məbləğdə pul köçürmələri qaydalarından yan keçməklə bank əməliyyatları həyata keçirdiyini etiraf edib.

Sabiq spiker hazırda 50 yaşlarında olan keçmiş tələbələrindən birinə 3.5 milyon dollar vəd edərək, təcavüzün üstünü açmamasını istəyib.

Dennis Hastert üstündən uzun zaman keçdiyinə görə seksual təcavüzlə ittiham edilməyib.

Onun "A fərdi" kimi tanınan seksual qurbanı məhkəmədə ifadə verərkən göz yaşlarını gizlətməyə çalışıb və başına gələnlərin onun həyatında dərin iz qoyduğunu bildirib.

74 yaşlı Hastart 1960-1980-ci illərdə güləş üzrə məşqçi olduğu vaxt bəzi tələbələri ilə nalayiq hərəkətlərə yol verdiyini etiraf edib.

Sabiq qanunverici bir zamanlar Amerika prezidentliyi uğrunda yarışlarda 3-cü yerdə gedib.

Dennis Hastert Amerika tarixində ən uzunmüddətli respublikaçı spiker olub.

XS
SM
MD
LG