Accessibility links

Papaqlar yenə dəbdədir [Video]


Papaqlar dəbə düşüb. Bu yaxınlarda açıqlanan hesabatda deyilir ki, keçən il Birləşmiş Ştatlarda papaq satışından əldə edilən gəlir 2 milyard dollardan çox olub. Dünya boyu isə gənclər papaqların yenidən geri dönməsinə yardım edib.

1961-ci il, prezident Con Kennedinin inaqurasiyası günü. Havanın həddən artıq soyuq olmasına baxmayaraq o, nə palto geyinib, nə də papaq qoyub. Və beləliklə, papaq qoymamaq tendensiyasının əsası qoyuldu. O vaxta qədər heç bir prezidenti papaqsız görmək olmazdı və buna görə onlar zövqsüz geyimlərinə görə tənqid edilməzdilər.

Papaq qoymaq 19-cu əsr və 20-ci əsrin əvvəllərində adi həyatın bir hissəsi sayılırdı. Səviyyəsindən və imkanından asılı olmayaraq, həm kişilər, həm də qadınlar papaq qoyardılar. Bundan 1800-cü illərin sonunda San-Fransiskoda papaq şirkəti açan Qorin qardaşları xeyli faydalanmışdı. 1990-cı illərdə papağın yenidən dəbə qayıtmasına görə gənc nəslə minnətdar olmaq lazımdır.

“Qorin Qardaşları” şirkətinin icraedici direktoru Ben Qorin Skayp vasitəsilə bunları deyir. “Onlar atalarını və ya babalarını papaqda görməsələr də, papağın yenidən qayıtmasına müsbət yanaşırlar.”

“Qorin Qardaşları”nın Birləşmiş Ştatlar boyu 30 mağazası var və həmin mağazalarda satılan papaqlar yüksək səviyyəli sənətkarlar tərəfindən hazırlanır. Aleks Mroz “Qorin Qardaşları”nın Nyu-Yorkdakı mağazalarından birinin meneceridir. “Başında papaq mağazadan çıxmaq ayrı aləmdir. Adamın yerişində bir zəfər ruhu hiss olunur.”

Nyu-Yorkda daha bir papaq hazırlayan şirkət var, Barbara Feynman və Culiya Noksun şirkəti. Onlar papaqları qədim dəbdə və yalnız əllə hazırlayırlar. Burada hazırlanan 600 dollarlıq papaqlar xüsusi mərasimlər üçün sifariş verilir. “Londonda Askot üçün, Britaniyanın bu baxımdan xüsusi ənənələri var. Yaxud Kentukki Derbi - at yarışmalarında və ya Derbi ziyafətlərində qoymaq üçün.”

Xanım Feynman və Noks şlyapaları üçün əntiq dəbdən çox istifadə edirlər. Onların hər bir papağı digərindən fərqlidir. Xanımlar papaqlarının əllə işləndiyi üçün məşhur olduğunu və bu sirri papaqları altında saxladıqlarını deyirlər.
XS
SM
MD
LG