Accessibility links

Elm

Stefen Haukingin 71 yaşı tamam oldu [Video]


Britaniyalı astro-fizik Stefen Haukingin bu yaxınlarda 71 yaşı tamam oldu. Həyatının əksər hissəsini iflic vəziyyətdə yaşayan alim kosmos sirlərini aşkarlamaqla, fizika elminə böyük töhvələr verib.

Hauking nəzəriyyəçi kimi olduqca maraqlı fikirlərə malikdir. O, Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə Kvant nəzəriyyəsi arasındakı boşluqları araşdırmağa çalışıb.
Hauking nəzəriyyələri barədə “Zamanın qısa tarixi” kitabı 1988-ci ildə ən çox satılan kitab olub.

Əlil arabasından qalxa bilməyən və kompüter vasitəsi ilə danışan Haukingə 65 yaşında çəkisizliyi imitasiya edən Zero-G qurğusu hədiyyə edilib.
Alimin vücudu hərəkətsiz, beyni isə daimi fəaliyyətdədir.

2008-ci ildə o, bəşəriyyət üçün yeni eranın başlandığını demiş və bunu avropalıların 500 il əvvəl başlatdığı era ilə parallel gətirmişdi. “Fəzanın kəşfinin genişləndirilməsi bəşəriyyətin gələcəyini tamamilə dəyişəcək. Bəlkə də gələcəyimiz olmadığını aşkarlayacaq.”

Haukinq deyir ki, alimlərin yeni nəslinin gələcəyi onların təhsilindən asılıdır.
XS
SM
MD
LG