Accessibility links

Havanın çirklənməsinə qarşı mübarizə aparan cihazlar [Video]


Elektrik enerjisiylə işləyən nəqliyyat hələ ki, erkən mərhələlərində olduğu üçün, dünyanın bir çox meqapolisi havanın çirklənməsinə qarşı mübarizə aparmağa davam edir. Havanın çirklənməsinin ən böyük səbəblərindən biri isə maşınlardan çıxan işlənmiş qazlardır. Ekspertlər deyir ki, insanlar hava çirkliliyinin ən yüksək olduğu yerlərdən uzaqlaşıb, vaxtlarının daha böyük hissəsini havanın təmiz olduğu yerlərdə keçirməlidirlər. İki yeni şirkət isə insanlara bu cür yerləri tapmağa yardım edir.

Ümid edirəm ki, bu, təkcə şəhərlərdə yaşan eləcə də sağlamlıqlarını artırmağa, zərərli qazlardan uzaq durmağa çalışan insanlara deyil, həm də siyasətçilərə və şəhərlərin merlərinə də yardım edəcək.

İlin bu vaxtında Londonun səması buludlu olur. Külək olmayanda isə milyonlarla maşından çıxan işlənmiş qazlar havada ilişib qalır.

Əlində smartfonu və çantasından sallanan kiçik bir cihazı ilə Roman Lakomb hava çirkliliyini izləyən digərləri ilə havanın keyfiyyəti ilə bağlı məlumatla bölüşür.

“Şəhər boyu hava çirkliliyinin dərəcələri ilə bağlı məlumatları elə ictimaiyyətdən toplayaraq, biz insanların havanın çirkli olduğu yerlərdən çıxıb getmələri üçün təmiz havası olan ərazilərin xəritəsini tərtib edə biləcəyik”, deyə o bildirir.

Plume Lab-in Air Quality Report applikasiyası (Havanın Keyfiyəti Hesabatı) hissəcikləri və təhlükəli qazları hesablayan hava keyfiyyəti izləyicisi ilə qoşalaşır. Bundan və digər izləyici cihazlardan toplanan məlumat hava çirkliliyi səviyyəsini göstərən şəhər xəritəsinin üzərinə yerləşdirilir.

“Ümid edirəm ki, bu, təkcə şəhərlərdə yaşan eləcə də sağlamlıqlarını artırmağa, zərərli qazlardan uzaq durmağa çalışan insanlara deyil, həm də siyasətçilərə və şəhərlərin merlərinə də yardım edəcək", Lakomb deyir.

Applikasiyadan istifadə edən insanlar evdən bayıra çıxmaq üçün doğru zamanı və hava çirkliliyin ən az olduğunu yerləri müəyyən edə bilərlər.

Alternativ olaraq, onlar bir digər yeni şirkət Airlabs-in yaratdığı Clean Air Bench, yəni Təmiz Hava skamyalarında otura bilərlər.

Airlabs-in baş icraçı direktoru Sofi Pauer: “Bu texnologiya yol kənarları, məktəblər və xəstəxanalar kimi insanların hər gün havadan bir çox zərərli maddələri udduqları, hava çirkliliyinin ən yüksək olduğu yerlərdə zərərli qazlara məruz qalmalarını bir az da olsa azaltmağın gözəl vasitəsi ola bilər".

Skamyanın arxasındakı cihaz çirkli havanı filtrdən keçirir və skamyanın qoltuqları vasitəsilə bayıra buraxılır və beləcə təmiz hava yaradır.

Airlabs bildirir ki, Təmiz Hava skamyaları azot oksidi və digər zərərli maddələrin 95 faizini filtrdən keçirib təmizləyir.

İnkişaf etməkdə olan nəqliyyat texnologiyası böyük şəhərlərdə havanın keyfiyyətini yaxşılaşdırmağa başlayanadək, parklarla birlikdə bu cür təmiz hava güşələri hazırkı ölümcül dərəcədə hava çirkliliyini azaltmağın yeganə yolu ola bilər.

XS
SM
MD
LG