Accessibility links

Azərbaycan hava məkanından istifadə barədə qərar qəbul edib


Hərbi təyyarə
Hərbi təyyarə

Ölkənin hava məkanının pozulması təhlükəsi Xocalı aeroportunu Ermənistanın işə salmaq cəhdi ilə əlaqədar yaranıb

Azərbaycan Nazirlər Kabineti yanvarın 15-də “Azərbaycanın hava məkanından istifadə qaydaları haqqında” qərar qəbul edib.

Qərarda hava məkanının təhlükəsizliyinin beynəlxalq standartlara və normalara uyğun şəkildə təmin edilməsi məsələləri tənzimlənir.

Hava məkanının pozulması zamanı pozucunu ən yaxın aerodroma enməyə məcbur etmək üçün Hərbi Hava Qüvvələri növbətçi təyyarəsinin havaya qalxa biləcəyi barədə 4.97-ci bənd diqqət çəkir.

“Bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir”, deyə bu bənddə qeyd edilir.

Turan agentliyi bildirir ki, Azərbaycanın hava məkanının pozulması təhlükəsi bu ölkənin işğal altında olan Dağlıq Qarabağ regioundakı Xocalı aeroportunu Ermənistanın işə salmaq cəhdi ilə əlaqədar yaranıb.
XS
SM
MD
LG