Accessibility links

Yeni göstəricilərə əsasən, Yer kürəsində hava temperaturu iyun-avqust aylarda rekord həddə yüksək olub.

ABŞ-ın Milli Okeonoqrafiya və Atmosfer idarəsinin bildirdiyinə görə, dünya üzrə orta temperature Selsi üzrə 16,5 dərəcə olub. Bu, 1998-ci ildə qeydə alınmış ən yüksək səviyyədən 0,71 dərəcə çoxdur və 1980-ci ildən bəri qeydə alnmağa başlayandan ən yüksək temperature göstəricisidir.

Dünya okeanların da avqust ayında ən yüksək temperatur qeydə alınıb. Bu, avqust ayı üçün orta tempreaturdan 0,65 dərəcə çoxdur və iyun ayından sonra ən yüksək temperaturdur.

Yer kürəsində havanın temperaturu bu il rekord yüksək ola bilər. Əgər ilin son dörd ayı temperature səviyyəsi rekord həddə qalsa, 2014-cü ilə ən isti il kimi qeydə alınan 2010-cu ili əvəz edəcək.

BMT-nin çərşənbə axşamı günü başlayacaq İqlim sammitinin diqqət mərkəzində dünya ölkələrinin qlobal iqlimə dair müqaviləni 2015-ci ilin sonuna qədər imzalamasına razı salmaq olacağı gözlənilir.

XS
SM
MD
LG