Accessibility links

Havaların soyuması ilə qaçqınların vəziyyəti ağırlaşacaq [Video]


Havaların soyuması ilə qaçqınların vəziyyəti ağırlaşacaq
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Qış mövsümü yaxınlaşdıqca Yunanıstanda ilişib-qalan qaçqınlara yardım səyləri davam etdirilir. Lakin prosesin olduqca yavaş getməsi ilə minlərlə ailənin soyuqdan qorunmaq üçün çadırlardan başqa sığınacaq yeri olmayacaq.

Qış yaxınlaşmaqdadır. Yunanıstandakı qaçqınları soyuq qorxudur.

Afina yaxınlığındakı düşərgədə 10 mindən çox adam çadırlarda yaşayır. Avropa ölkələrinə yerləşmək ümidi ilə bu insanlar ötən yazdan, sərhədlərin üzlərinə bağlanmasından bəri burada qalmalı olub.

4 uşaq atası Əzizulla Sədarət Əfqanıtandandır.

"Havalar soyuyur, çadırda? ya eşikdə olmağın fərqi yoxdur. Lakin onlar yardım etmir. Bəzi ölkələr bizim insan olduğumuzu bilir və onlar bizi vəhşicəsinə öldürməyəcək. Biz belə ölümdən qaçdıq və burada yavaş-yavaş ölürük.”

Əzizullanın ailəsi çadırı evə oxşatmaq üçün əllərindən gələni edib. Qarşıdan gələn həftələr ərzində çadırlar daxmalarla əvəz ediləcək.

Lakin bu səadət hamının üzünə gülməyəcək. Belə ki, proses olduqca yavaş gedir. Bunu GHT rəsmisi Ceyn Veyt bildirir.

“Artıq bir ildir proses başlayıb, lakin gözlənildiyindən daha zəif inkişaflar müşahidə edilir. Xüsusilə Avropa kimi kontekstdə.”

Qışa hazırlıqlara qış əşyalarının paylanması və çadırların daxmalarla əvəzlənməsi daxıldir.

Lakin minlərlə insan çadırlar və ya anbarlarda sığınacaq tapacaq. Onların bəzisi yunan hökumətinin məsuliyyətin bir hissəsini üzərinə götürməli olduğunu düşünür.

“Ağır şəraitdə yaşayanların müəyyən edilib, insanları qış mövsümündə daha əlverişli şəraitlə təmin etmək üçün daha aydın plana ehtiyac var.”

Şistoda qalanların xidmətlərə çıxışı var. Burada idman zalına bənzər bir məkan da var. Lakin ehtiyac duyulan ən əsas şey divarlar və istilikdir.

Kərim Hüseyn İrandadır.

“Böyükləri xəstələnmək, soyuq qorxutmur. Lakin uşaqlar üçün bu, öldürücü ola bilər. Yer yaş, hava soyuq.”

Düşərgəni tərk etmək əllərində olsa da, bir çoxları yenə də burada ilişib qaldırlarını düşünür.

Hava soyuduqca onların gözü yardımlara, daha ümidli gələcəyə dikənib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG