Accessibility links

Azərbaycanda qarlı, şaxtalı hava davam edəcək[Video]


Azərbaycanda yaxın iki gündə qarlı, şaxtalı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq

Azərbaycanda yaxın iki gündə qarlı, şaxtalı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq

Hava şəraiti ilə bağlı Yol Polisi sürücülərə xəbərdarlıq edib

Azərbaycanda dekabrın 11-i axşamdan 12-i səhərədək hava şəraiti qeyri-sabit olub, əksər rayonlarda yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin məlumatına görə, aran zonasını istisna olmaqla ölkə boyu qar yağıb, qar örtüyünün hündürlüyü 6 santimetrdən 32 santimetrədək çatıb.

Şimal-qərb küləyinin sürəti Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənib, Xəzərdə dalğanın hündürlüyü 3.6 metr təşkil edib.

Departamnetin məlumatına görə, Bakı və Abşeron yarımadasında dekabrın 13-də də yağıntılı olacaq, qar yağacaq. Gecə 0-4 şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Paytaxtda gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Rayonlarda yollar buz bağlayacaq.

Yol polisi əlverişsiz, qarlı hava şəraiti ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb.

Həmçinin polis ehtiyac olmadığı halda avtomobildən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadə etməyi tövsiyyə edib.

Bakı aeroportu təyyarələrin qəbulu və yola salınması ilə bağlı problem olmadığını bildirib.

Məlumata görə hava şəraiti aviareyslərin həyata keçirilməsinə təsir etməyib.

Eyni zamanda Türkiyənin Sabah Qəzeti İstanbul-Bakı aviareysinin əlverişsiz hava şəraitinə görə təxirə salınması barədə yazıb.
XS
SM
MD
LG