Accessibility links

Müdafiə Nazirliyi: Hava sərhədi pozularsa dərhal zərbə endiriləcək


Azərbaycan cəbhə xəttində hərbi təlim keçirir

Azərbaycan cəbhə xəttində hərbi təlim keçirir

Azərbaycan Ermənistan KİV-lərini təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ üzərində ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatları təkzib edib. “Bu məlumatların əsası yoxdur və məqsədyönlü dezinformasiya xarakteri daşıyır”.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın bütün hava məkanı Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır.

“Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün avia uçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək. Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verdikdə həmin hava hədəfləri Azərbaycanın hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcək”, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

XS
SM
MD
LG