Accessibility links

Havay tsunamiyə hazırlaşır [Video]


Honoluluda alimlər və rəsmilər hər 500-1000 ildən bir baş verən ekstremal tsunamiyə hazırlıq görürlər

İqlim dəyişikliyi nəticəsində artan dəniz səviyyəsi onu gösətrir ki, sahilyanı icmalar və adalarda yaşayan millətlər tsunami təhlükəsi ilə üz-üzədirlər. Ada ştatı olan Havay ən böyük təhlükəyə belə hazır olduğunu düşünürdü. Lakin 2011-ci ildə Yaponiyada baş verən zəlzələ və tsunami Havai rəsmilərini planlarını bir daha nəzərdən keçirməyə vadar edib. Honoluludakı alimlər və fövqəladə hallar inzibatçıları hər 500-1000 ildən bir baş verən ekstremal tsunamiyə hazırlaşırlar.

Belə bir hadisə baş versə, biz 340-350 min insanı təhlükəsiz yerlərə aparmalı olacağıq, bu isə daha çətin məsələdir

Dörd il öncə Yaponiyanın Tohoku regionunda baş verən 9 bal gücündə zəlzələ və tsunami 19 min insanın ölümünə səbəb oldu.

Alimlər Havayın də bu cür təhlükə ilə üzləşə biləcəyini bldirirlər.

Havay Universitetinin tədqiqatçısı Ret Batler bildirir ki, Kauay adasındakı müəmmalı quyu 500 il öncə adada nəhəng tsunaminin baş verdiyinin əlamətidir.

“Biz okeanın quruya qum təbəqəsi kimi ya da bir dəstə qara mərmər qənbər şəklində çıxdığına dair sübutlar axtarırıq.”

Paleobioloq Deyvid Burney sübutlardan bəzilərini aşkar(müəyyən) edib. Bunlara isə dənizi 100 metr quruya gətirən dalğanın qalıntıları olan köhnə mərcanlar, balıqqulaqları və okean çöküntüləri daxildir.

Alimlər deyir ki, bu cür dalğa təkrarlana bilər. Onlar bildirir ki, Pasifik şimali-qərbdə yerləşən Aleut adalarında baş verən nəzəri 9.3 bal gücündə zəlzələ super tsunamiyə səbəb ola bilər.

Havay Universitetinin araşdırmaçısı Kuok Fai Çunq Aleut adalarındakı böyük zəlzələdən yaranan dalğaları simulasiya edən kompyuter modeli yaradıb.

“Mən bunu tsunaminin Sakit okean boyu Aleut adalarından Havaya qədər yayılmasını simulasiya etmək üçün tsunami modelimə əlavə olaraq yaratmışam.”

Nəticələr çox açıq idi. Kompyuter modeli tsunami dalğalarının təhülkəsizlik zonalarını keçərək adanın daha da içərisinə doğru yayıla biləcəyini göstərdi.

Havay Fövqəladə Hallar idarəsi yerli hökümət ilə fəlakətə qarşı planlar tərtib edir. Fövqəladə hallar planı tərtibatçısı Kevin Riçards köhnə planın Oahu adasının 850 min sakinin evakusaiysını tələb etdiyini bildirir.

Bu o demək deyil ki, faciə bu il və ya gələn il baş verəcək. Amma planetimizin tektonik qüvvələrin təbiəti belədir. Onlar sadəcə addımlayırlar və bu qədər güclü zəlzələ nəticəsində baş verən təzyiqlər zamanı, sularda reaksiya yaranır

“Belə bir hadisə baş versə, biz 340-350 min insanı təhlükəsiz yerlərə aparmalı olacağıq, bu isə daha çətin məsələdir. Təhülkəsiz yer isə artıq eyni yer deyil. İndi təhlükəsiz yer atıq daha da uzaqdadır, adanın iç tərəfinə doğru, təpəlikdədir.”

Bəzi sakinlər daha yüksək yerə maşınla çıxa bilərlər, amma adanın bəzi yerlərində maşın sürmək əlverişli deyil, ona görə də sakinlər təhlükəsiz yerlərə piyada gedə bilərlər və ya beton binanın üçüncü mərtəbəsinə çıxa bilərlər.

Ekstrim tsunami zamanı evakuasiya zonalarının genişləndirlməsi üçün yeni planlar tərtib olunur. Yaponiyada 2011-ci ildə baş verən faciə Havay sakinlərinin yaddaşlarında hələ də təzədir. Alim Ret Batler isə onların bu təhlükəyə ciddi yanaşdıqlarını bildirir.

“Bu, o demək deyil ki, tsunami bizim zamanımızda baş verəcək. Bu o demək deyil ki, faciə bu il və ya gələn il baş verəcək. Amma planetimizin tektonik qüvvələrin təbiəti belədir. Onlar sadəcə addımlayırlar və bu qədər güclü zəlzələ nəticəsində baş verən təzyiqlər zamanı, sularda reaksiya yaranır.”

Su isə bu adalardakı həyatın bir hissəsidir.

XS
SM
MD
LG